20 Yanvar 2017
UCA ALLAHIN VARLIĞI
Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir.

Biz inanırıq ki, gördüyümüz bu böyük dünyanın varlıqlarının sirləri barəsində daha çox fikirləşək, Onun pak Zatının əzəmətinə, elm və qüdrətinin sonsuz olduğuna bir o qədər agah olarıq. Müxtəlif kəşf və ixtiralarla və elmin inkişafı ilə, həqiqətdə Allahın elm və hikmətinin yeni-yeni qapıları bizim üzümüzə açılır. Bəşərin Allah barəsində düşüncəsi və etiqadı artaraq yeni-yeni elmi kəşflər edir. Belə ki, təbiətin bir çox sirlərinə agah olduqda, istər istəməz onun yaradanı barəsində fikirləşir, Onun pak zatının əzəməti və elminin qüdrətinin, geniş olduğunu heyranlıqla etiraf edirik. Bu təfəkkür bizim Allaha olan eşqimizi gün bəgün artırır, bununla da, Ona daha çox yaxınlaşdıraraq, tükənməz Cəlal və Cəmal sifətlərinin nuruna boyayır. Qurani-kərim buyurur:
“Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr, ibrətlər vardır. Və sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?” (Zariayat, 20-21)
Ali-İmran surəsinin 90-91-ci ayələrində buyurulur: Şübhəsiz, yerin və göylərin yaradılışında və gecə-gündüzün gəlişində ağıl sahibləri üçün nişanələr vardır. Onlar ayaq üstə, oturan halda, böyürləri üstə yatarkən Allahı zikr edib (hər vaxt Onun barəsində fikirləşərlər), göylərin və yerin yaranışını təfəkkür edər və deyərlər: “Ey Rəbbimiz, bu dünyanı boş-boşuna yaratmamısan.”