20 Aprel 2014
Möhür, loqo, loqotip, emblem, gerb,bayraq, şüar...

Möhür, loqo, loqotip, emblem, gerb,bayraq, şüar simvol olmaqla yanaşı incəsənətdir və yaradıcılıq nümunəsi sayıla bilər. Simvol üçün gözəllik bir şərtsə, ikinci mühüm şərt mahiyyətdir. Kamil simvol öz daşıyıcısının idealı, məqsədi, yolu barədə təsəvvür yaradır. Əlbəttə ki, əksər bayraqlarda, gerblərdə, loqolarda mərhəmət və ədalət təsəvvürü yaratmağa cəhd edilir. Yalnız şeytanpərəstlər, piratlar öz bayraqlarını, gerblərində amansızlıq elementlərinə yer verir.
Dünya ikiyə bölündüyü kimi simvollar da ikiyə bölünüb. İslamda təhqirə yer olmadığından müsəlmanlar heç vaxt yad düşüncəni təhqir edən simvollar yaratmır. Düşmən üçün isə heç əxlaq meyarı yoxdur. Onlar müxtəlif yollarla, o cümlədən simvollarla İslam müqəddəsliklərini ayaq altına alırlar.

Dünyada imperializmi, beynəlxalq sionizmi qorxudan, onda həyəcan yaradan gerblərdən, loqolardan biri (İran) İslam İnqilabı Keşikçiləri Korpusuna məxsusdur. Şəmsi 1357-ci ilin (miladi 1979) isfənd, 1358-ci ilin fərvərdin aylarında SEPAH adlandırılan inqilabi təşkilat öz gerbini yaratmaq üçün müzakirələr keçirdi. Üç gerb layihəsi təqdim olundu. Diqqətli araşdırmalardan sonra hazırkı gerb qəbul edildi.
Bu gerb üzərindəki elementlər necə izah edilir?

Gerbin orta hissəsində “لا”, ərəbcə inkar bildirən, yox mənasını ifadə edən “la” hərfləri diqqəti çəkir. “لا” İslamda tövhid şüarı olan “لا اله الا الله” (la ilahə illəllah) cümləsinin başlanğızında yer alır.
“وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ” (və əiddu ləhum məstətətum min quvvə) cümləsi Qurani-Kərimin Ənfal surəsinin 60-cı ayəsindən götürülüb. Mənası: ”Allahın düşmənini və öz düşməninizi qorxutmaq üçün bacardığınız qədər qüvvə tədarük edin.” Bu cümlə gerbin yuxarı hissəsində yerləşir. Ayədən göründüyü kimi SEPAHın missiyası İslamın müdafiəsi, onu təhlükələrdən qorumaqdır.
Gerbdə diqqəti çəkən dairə yer kürəsinə işarədir və SEPAHın dünya miqyasında hüzurunu göstərir.
Zeytun budağı təşkilatın sülhsevərliyinə işarədir. Əsas sülhdür, amma təcavüz olanda ona layiqincə cavab verilir.
Silah tutumunş sağ əl qüdrət, güc nişanəsidir. Sülhü pozan hər bir təcavüzkar silah götürmüş və yumruq tək sıxılmış əldən cavab alacaq.
SEPAH beynəlxalq missiyanı üzərinə götürdüyündən gerbdə İran sözünü görmürük. Gerbdə təşkilatın yarandığı il (şəmsi 1357) qeyd olunub.
Nur-az.com