24 Mart 2017
ALLAH ZİKRİ İLƏ İLAHİ MƏHƏBBƏT ARASINDAKI ƏLAQƏ
Allah aşiqlərinin digər bir sevinci ilahi məhəbbətdir.

Allah aşiqlərinin digər bir sevinci ilahi məhəbbətdir. Onlar ilahi məhəbbətsiz həyatdan ölümü üstün tuturlar. Onların qəlbini bu dünyada sevindirən yeganə şey ilahi məhəbbətdir. Ona görə də daim öz əməl və rəftarları ilə Allahın məhəbbət və razılığını qazanmağa çalışır, bu yolda mövcud olan maneələri aradan qaldırmaq istəyirlər.
Aşiq üçün ən böyük ləzzət odur ki, məhbubu ondan razı olsun. Adi dünyəvi məhəbbətlər də belədir. Birinə aşiq olan insan daim onun razılığı ardınca gəzir.
Bəli, xalis bəndələrin xüsusiyyətlərindən biri budur ki, daim Allahın razılığı haqqında düşünür və bu yolda çalışırlar. Allahın onlara qarşı məhəbbət və razılığının azalması qəlblərini pərişan edir. Onlar üçün ən ağır hal bu haldır. Ona görə də Allahın razılığını qazanmaq üçün daim səy göstərir, bütün əzab-əziyyətlərə dözürlər.