Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Aprel 2017

Maddi sivilizasiyaların xalqlara ağır yük olması

İnsan şeytanlar cin şeytanlardan daha təhlükəlidirlər
Bu gün dünya maddi sivilizasiyadan qaynaqlanan ağır boyunduruqlardan təngə gəlmişdir və qurtuluş yolu axtarır. Bu gün sizin İslam ölkələrində müşahidə etdiyiniz İslam oyanışı bəşəriyyətin təngə gəlməsinin bir nümunəsidir. Şeytanlar (insan şeytanlar cin şeytanlardan daha təhlükəlidirlər) xalqın həyatına hakim olduqda, xalqın ictimai həyatına, xalqın xüsusi həyatına, xalqın iqtisadiyyatına, xalqın dərkinə və baxışına müdaxilə edən dünya hegemonları onları azğın yollara sürükləyirlər. Həyata qaranlıq çökür və bu ağır və qaranlıq mühit insanların fitrəti ilə uyğun olmadığından, nəhayət insan fitrəti oyanır. Bu gün dünyada baş verən budur. Maddi güc hökmranlığının texnikasının əsiri olan Qərb dünyası da bu gün təngə gəlmişdir. Əgər biz müsəlmanlar İslamı düzgün tanıtdıra bilsəydik, əgər öz əməllərimizi İslamla uyğunlaşdıra bilsəydik, əmin olun ki, dünya bütövlüklə İslama yönələrdi. Zəiflik bizdədir, nöqsan bizdədir. Quran və Peyğəmbər (s) sözünün ilk ünvanları bizik; gərək özümüzü islah edək, gərək özümüzü düzəldək.

Ayətullah Seyid Əli Xamenei


5902 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP