25 Aprel 2014
Qeyb dövrünün vəzifələri
Sual: Qeyb dövrünün möminlərinin əsrin İmamı (ə) ilə bağlı hansı vəzifələri var?
Cavab: Həzrət Mehdi (ə) ilə bağlı şiələrin hər birinin ağır vəzifələri vardır. Bu vəzifələrdən bəzilərini xatırlayaq:
1. Mehdinin (ə) zühurunun qətiliyinə iman – Sünnə əhli rəvayətlərində oxuyuruq ki, Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Mehdinin (ə) zühurunu inkar etsə, Məhəmmədə nazil olanı inkar etmişdir.”
2. Fitnələr zamanı səbir və dinə bağlılıq –İmam Sadiq (ə) buyurmuşdur: “Bizim Qaimin qeybi dövründə əmrimizə bağlanan və qəlbi hidayətdən sonra çaşmayan kəsin xoş halına!”
3. İmam Mehdinin (ə) vilayətinə bağlılıq - İmam Baqir (ə) həzrət peyğəmbərin dilindən belə nəql edir: “Bizim əhli-beytin Qaimini görənin xoş halına! Qiyamından öncə ona iqtida edənin xoş halına!”
4. Allah-tәaladan imam Mehdi (ə) (onu tanımaq) mərifəti diləmək – Kuleyni Əbu-Bəsirdən nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “İmaməti tanıdınmı?” Ərz etdim ki, bəli, and olsun Allaha, Kufədən xaric olmamışdan tanıdım.” Buyurdu: “Bu vaxt üçün sənə yetər.”
5. Beyətin təzələnməsi və itaətdə sabitlik – Əhd duasında oxuyuruq: “Pərvərdigara! Həqiqətən, mən onun (həzrət Mehdi) üçün bu günümdə əhd-peymanı, beyətimi təzələyirəm. Elə bir beyət ki, ondan ayrılmamışam və heç vaxt onu zay etməmişəm. Pərvərdigara! Məni o həzrətin köməkçilərindən, müdafiəçilərindən qərar ver...”
6. Şübhə və iradlara cavab – İmam Sadiq (ə) buyurur: “Özünüzü şəkk-şübhədən uzaqlaşdırın, şəklərdən pəhriz edin, bundan həzər qılın. Mən Allahdan sizin tövfiq və öyüd istəyirəm.”
7. Mömin qardaşlara yardım – İmam Sadiq (ə) “Əsr” surəsindəki “əmilus-salihati” təbirini din qardaşları arasında bərabərlik və qarşılıqlı yardım kimi izah etmişdir.
İmam Əsgərinin (ə) təfsirində deyilir: “Hər kəs bizə xatir, əlimiz çatmadığından möhnətə düşmüş bir yetimi öhdəsinə götürsə, bizim elmimizdən bacardığını ona öyrətsə, Allah-tәala onun haqqında buyurmuşdur: “Ey yardım göstərən kərim bəndə! Mən kərəmdə ondan yuxarıyam. Ey mənim mələklərim, ona öyrətdiyi hər bir hərf üçün behiştdə milyon qəsr verin...”
8. Məhdəviyyət iddiasında olan yalançılara inanmamaq – İmam Sadiq (ə) buyurur: “Heç şübhəsiz, bir-birinə oxşar on iki bayraq qalxar və onlar bir-birindən seçilməz...”
9. Zühurun tezləşməsi üçün çoxlu dua etmək – Həzrət Mehdi (ə) bir məktubunda İshaq ibn Yaquba buyurur: “Zühurun tezləşməsi üçün çox dua edin. Çünki sizin qurtuluşunuz ondadır.”
10. Tələsməmək – Kuleyni imam Sadiqin (ə) belə buyurduğunu nəql edir: “Həqiqətən, xalq bu işdə tələsdiyi üçün həlak oldu. Bəndələri tələsdiyi üçün Allah tələsməyəcək. Çünki bu iş üçün bir nəhayət var...”
11. Zühurun vaxtını müəyyənləşdirməmək – İmam Sadiq (ə) buyurur: “Həqiqətən, biz əhli-beyt vaxt müəyyənləşdirmirik...”
12. Həzrət Mehdini (ə) sevmək – Bir çox rəvayətlərdə əhli-beyt məhəbbəti tövsiyə olunmuşdur. Belə bir tövsiyə xalqın diqqətinin Mehdiyə (ə) cəlb olunmasında və onun göstərişlərinə itaət edilməsində mühüm təsirə malikdir.

Nur-az.com