Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2017

TÖVBƏNİ TƏXİRƏ SALMAQ

«Tövbə etməyi bu gün-sabaha saxlayan şəxsin dini yoxdur».
İnsana hər an Allah tərəfindən tövbə etmək əmr olunur. Allahın «Tövbə edin» fərmanı bu mühüm işə tələsməyə çağırır. Deməli, tövbəni təxirə salmaq Allahın fərmanının icrasını təxirə salmaq deməkdir. Belə bir şəxs Allahın əmrini tərk etmiş hesab olunur. 

İmam Cavad (ə) buyurur:
«Tövbəni təxirə salmaq bir növ lovğalıqdır. Tövbənin təxir müddətini uzatmaq isə bir növ avaraçılıqdır».

Bir şəxs İmam Əlidən (ə) ona nəsihət verməsini xahiş etdi. O Həzrət buyurdu: «Yaxşı işlər görməmiş və ibadət etməmiş axirət və behişt ümidində olanlardan olma. Həmçinin uzun-uzadı arzularla tövbəni təxirə salan şəxslərdən olma».

İmam Əli (ə) başqa hədisdə buyurur: «Tövbə etməyi bu gün-sabaha saxlayan şəxsin dini yoxdur».

İmam Baqir (ə) buyurur: «Tövbəni təxirə salmaqdan çəkin. Çünki tövbəni təxirə salmaq bir dənizə bənzər ki, tövbə etməyi təxirə salan şəxs onda boğulacaqdır».
Diqqətli olmalıyıq ki, insanda ölüm əlamətləri görünəndən sonra daha onun tövbəsi qəbul olunmur.
Firon suda boğulan zaman tövbə edib iman gətirdi. Lakin onun tövbəsi Allah dərgahında qəbul olunmadı. Bu mətləbi açmaq üçün «Nisa» surəsinin 18-ci ayəsindən istifadə edirik.
Məhəmməd Həmdani deyir: İmam Rizadan (ə) soruşdum: Nə üçün Allah-təala Fironu suda batırdı? Halbuki, o iman gətirdi və Allahın birliyini etiraf etdi.

İmam (ə) cavabında buyurdu: «Çünki o, Allahın əzabını gördükdən sonra iman gətirdi və Allahın əzabını gördükdən sonra iman gətirmək qəbul deyil».
Hədislərin bəzisində belə oxuyuruq: Mömin şəxs günah edərsə, yeddi saata kimi ona möhlət verilir. Bu müddət ərzində etdiyi günahdan tövbə etsə, onun günahı yazılmır. Bəzi hədislərdə isə bu müddət səhərdən axşama kimi qeyd olunmuşdur.

İmam Sadiq (ə) buyurur: «Bəndə günah edərsə ona səhərdən axşama kimi möhlət verilir. Bu müddətdə Allahdan bağışlanmaq istəsə onun günahı yazılmır».


4805 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP