Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2017

EYİB AXTARMAQ BƏLASI

Elə adamlar vardır ki, birinin eybini görən zaman özünü üstün tutub hətta qəlbində sevinc də duyur.
İnsanın öz eyiblərinə diqqətli olması birinci dərəcəli vəzifələrdəndir. Təəssüf ki, insanların əksəriyyəti davamlı şəkildə başqalarında eyib axtarırlar. Bu xasiyyətin səbəbi insanın eqoistliyidir. Özünü sevən insan özündə eyib görmək istəmir. Çoxları öz eyiblərindən xəbərdar olsalar da bunu inadkarlıqla gizlətməyə çalışırlar. «Doğrusu, insan özü-özünə şahiddir». («Qiyamət» surəsi, ayə 14.) Onlar öz eyiblərinin əhəmiyyətini az göstərmək üçün daha çox eybi olanları misal çəkirlər.
Allaha yaxınlaşmaq istəyən insan başqalarının yox, öz şəxsi eyiblərinin qayğısına qalmalıdır. Əslində öz eyibləri ilə məşğul olan insanın başqalarının eyiblərini düşünməyə vaxtı qalmır. Öz gözündə tiri qoyub, başqasının gözündə çöp axtaranlar özlərini eyib axtarmaqda ixtiyar sahibi bilirlər. Həzrət İsa (ə) buyurur: «İnsan bu ruhiyədən çəkinməklə kifayətlənməməli, özünü ağasının cəzasından qorumaq istəyən qul kimi təvazö göstərib çalışmalıdır. Allahı tanımaq üçün insan özünü tanımalıdır. İnsan öz eyiblərini kəşf etmədən çətin ki, özünü tanısın. İnsan nəinki öz eyiblərini kəşf etməli, hətta bu işdə başqalarından kömək istəməlidir. Təkamül yolunu seçənlər əxlaq ustadlarına müraciət edərək öz eyibləri haqqında eşitmək istəmişlər. Bir insana səmimi şəkildə eyibləri deyilərkən qəzəblənib narahat olursa, demək bu şəxsin özünü tərbiyə etmək fikri yoxdur. Avtomobili yolda xarab olmuş sürücü yoldan ötənlərdən kömək istəyir. Maşının eyibi tapılıb sahibinin nəzərinə çatdırılanda o, təşəkkür edir. Eyibli mənəviyyatla təkamül yolunu başa vurmaq olarmı? Bir insan eyibini bilmək istəmirsə, demək onun yola çıxmaq fikri yoxdur.
Eyibə münasibətdə daha bir halla rastlaşırıq. Elə adamlar vardır ki, birinin eybini görən zaman özünü üstün tutub hətta qəlbində sevinc də duyur. Belələri yoldan ötən insanın məsələn, libasının söküldüyünü görəndə narahat olmaq əvəzinə, öz səliqəli paltarlarına nəzər salıb qürur duyurlar. Küçədə özündən xəbərsiz sökük paltarla yol gedən adama gülənlər da tapılır. Maraqlı bir rəvayətdə buyurulur: «Bir kafirlə rastlaşdıqda şükr edin ki, Allah sizi imanlı yaradıb». Zahiri eyiblər də belədir. Fiziki cəhətdən nöqsanlı, şikəst adama gülmək yox, özünün belə olmadığın üçün şükr etmək lazımdır.


4459 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP