09 May 2017
DÜNYA VƏ AXİRƏT ŞƏFAƏTÇİLƏRİ
Ey iman gətirənlər, Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki...

Bəli, şəfaət İslam dinin əsas müddəalarındandır və onu inkar edən şəxs imandan xaricdir.
İmanın şəfaəti haqqında «Hədid» surəsinin 28-ci ayəsində belə buyurulur: «Ey iman gətirənlər, Allahdan qorxun və onun peyğəmbərinə iman gətirin ki, Allah sizə öz mərhəmətindən iki pay versin. Sizə getməyiniz üçün nur bəxş etsin və sizi bağışlasın. Allah bağışlayan və rəhm edəndir».
Saleh əməlin şəfaətinə işarə ilə «Maidə» surəsinin 9-cu ayəsində buyurulur: «Allah iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, onları bağışlanma və böyük mükafat gözləyir.»