Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2017

PİS NİYYƏT

Xoş niyyət o qədər dəyərlidir ki, onun müqabilində böyük mükafatlar vəd edilir
Niyyət dedikdə məqsəd və iradə başa düşülür. İslam dini öz ardıcıllarını - nəinki insanlara, hətta heyvanlara və təbiət aləminə qarşı - xoş münasibətə çağırır. İnsan hamı üçün xeyir və səadət istəməli, imkan daxilində xalqın çətinliyini aradan qaldırmağa çalışmalıdır. Xoş niyyət o qədər dəyərlidir ki, onun müqabilində böyük mükafatlar vəd edilir.
İmam Sadiq (ə) buyurur: «Fəqir mömin belə dua edir: «Pərvərdigara, mənə ruzi əta et ki, xeyir işlər görə bilim». Əgər onun niyyəti xalis olsa, hələ heç bir xeyir iş görməmiş onun əməl naməsinə savab yazılar ...» («Məhəccətul-bəyza» 8-ci cild, səh-106.)
Rəvayət olunur ki, çınqıllı yerdən keçən bir ac kişi «əgər bu çınqıllar təam olsaydı, onları xalq arasında bölərdim» deyə düşünür. Allah öz peyğəmbərinə vəhy edir ki, bu şəxsə «sədəqən qəbul olundu və mükafatına çatdın» - söylə». («Məhəccətul-bəyza» 8-ci cild, səh-104.)
İnsan bütün ətrafdakılara münasibətdə pis niyyətdən çəkinməlidir. Pis niyyət insanın qəlbini qaraldır, onu çirkləndirir və günah üçün şərait yaradır.


4492 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP