28 May 2017
MÜBARƏK RAMAZAN AYINDA SƏFƏR HÖKMLƏRİ
Səfər başlamamış, tərəxxüs həddini aşmadan orucu pozan iş görməyə haqqınız yoxdur.

Əgər bu səfər həyata keçərsə, belədir. Onun özünəməxsus şərtləri var ki, risalələrdə geniş şəkildə şərh edilib. Şərtlərdən biri budur ki, səfərin gerçəkləşməsi üçün insan “tərəxxüs” həddini keçməlidir. Misal üçün, fərz edin ki, siz məskunlaşdığınız şəhərdən və ya müvəqqəti (on gündən çox) qalmaq istədiyiniz şəhərdən ramazan ayında, gündüz səfərə çıxmaq istəyirsiniz. Nə qədər ki, tərəxxüs həddini keçməmisiniz, əgər namaz qılsanız, qəsr qılmaq haqqınız yoxdur, orucunuzu poza bilməzsiniz. Tərəxxüs həddini keçdikdə səfər hökmləri qüvvəyə minəcək. “Həddi-tərəxxüs” budur ki, siz şəhər divarları və ya şəhərin qaraltısı görünməyəcək bir yerə çatasınız.
Bəziləri ramazan ayında gündüz səfərə çıxmaq istədikdə, misal üçün, sübh saat səkkizdə səfərə çıxacaqlarını qərara aldıqda, səfərdən sonra oruclarının pozulacağını bildikləri üçün hələ səfərə çıxmazdan öncə oruc hökmlərinə riayət etmirlər. Sübh oturub yemək yeyirlər. Hələ səfərə çıxmazdan, ya həddi-tərəxxüsü keçməzdən öncə səfər vəziyyətini yaradırlar. Bu, düzgün deyil. Səfərə çıxmaq istədiyiniz gün, sübh azanından sonra hələ orucsunuz. Səfər başlamamış, tərəxxüs həddini aşmadan orucu pozan iş görməyə haqqınız yoxdur.
Ayətullah Seyid Əli Xamenei