29 Aprel 2014
İmam Rizanın (ə) tibbi göstərişləri

1.Mədə ağrısından uzaq olmaq üçün yeyən zaman su içməyin. Yeməklə birlikdə su içənlərin həzm sistemində zəiflik yaranır. Yeməyin əvvəlində və ortasında su içmək mədə genişlənməsinə səbəb olur və xəstəlik yaradır.
2.Babasil (hemoroy), bağırsaq xəstəliklərindən amanda qalmaq istəyənlər hər gecə on bişmiş xurmanı inək yağı ilə yesinlər.
3.Sidik yolu xəstəliyindən qorunmaq istəyən adam heç vaxt sidiyini saxlamasın, hətta süvari olsa.
4.Yaddaş zəifliyindən əziyyət çəkənlər hər gün ac qarına 10 misqal (1 misqal = 4,26 q ) qara kişmiş yesinlər. Gündəlik yeməklə yanaşı bala yatırılmış üç qırıq zəncəfil (azca xardalla) yemək faydalıdır. Hər gün döyülmüş nabatla üç ədəd hil yemək düşüncə qüvvəsini artırır.
5.Yumurtanı çox yeməyin. Çox yumurta qara ciyərə ziyanlıdır, baş və mədədə zərərli hava yaradır.
6.Qışda soyuqdəymədən uzaq olmaq istəyən hər gün üç qaşıq bal yesin. Elə bir bal ki, buruna yaxınlaşdıranda tünd qoxusu asqıraq gətirir, dili yandırır, adamı süstləşdirir.
7.Qışda nərgis gülü qoxulayın. Bu soyuqdəymənin qarşısını alır. Siyahdanə (Nigella Sativa) qoxulamaq da soyuqdəyməymənin qarşısını alır.
8.Yayda günvurmasından qorunmaq üçün gündə bir ədəd xiyar yemək faydalıdır.
9.Başağrısı, köpdən qorunmaq üçün təzə balıq yemək faydalıdır. Həm qışda, həm də yayda təzə balıq yemək xeyirlidir.
10.Daim şad və qıvraq olmaq istəyən adam gecə yeməyini imkan həddində azaltmalı, yatağa yüngül uzanmalıdır.
11. Qulaqlarının və boğaz badamcıqlarının sağlamlığını istəyən şəxs şirni yeyəndən sonra ağzını sirkə ilə yaxalasın.
12.Sarılıq xəstəliyindən qorunmaq üçün yayda birdən-birə havasız otağa daxil olmayın, qışda birdən-birə soyuq havaya çıxmayın. Bədən temperaturu tədricən dəyişməlidir.
13.Ağrılı köpdən qorunmaq üçün həftədə bir dəfə sarımsaq yemək lazımdır.
14.Dişlərini qorumaq istəyən şəxs şirni yeməzdən qabaq azca çörək yesin. Çörək dişlərdəki araları tutur və şirninin zərərinin qarşısını alır.
15.Tox qarınla yatağa girənlər əvvəlcə sağ çiyin üstündə yzansınlar, bir müddət sonra sol çiyin üstə dönüb yatsınlar.
Nur-az/khabaronline