Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyun 2017

GÜNAHIN İCTİMAİ AMİLLƏRİ

Çirkin tullantılardan mikrob yarandığı kimi, şübhəsiz pozğun mühit də günahın yayılmasına və çoxalmasına bir vasitədir
Günahın ictimai amillərinə nəzər saldıqda aşağıdakı mövzuları açıqlamağa ehtiyac duyulur:

1. Pozğun mühit.
2. Azğın rəhbərlər.
3. Pis yoldaş.
4. İctimai məhrumiyyətlər.

Çirkin tullantılardan mikrob yarandığı kimi, şübhəsiz pozğun mühit də günahın yayılmasına və çoxalmasına bir vasitədir. Mühitin keyfiyyət və kəmiyyət cəhətindən bir neçə növi var: Misal olaraq: Məktəb mühiti, ev mühiti, mədəni mühit, şəhər mühiti, xəstəxana mühiti, məclis mühiti və s.
Quranda “Əraf» surəsinin 138-141-ci ayələrində Musa peyğəmbərin və onun səhabələrinin haqqında oxuyuruq:
Musa peyğəmbər və onun tərəfdarları Fironun zülmündən qaçıb dəryadan keçdikdən sonra öz bütlərinin ətrafına toplaşıb onlara ibadət edən bir dəstə camaatla üzləşdilər. Musa peyğəmbərin tərəfdarları bu səhnəni gördükdə dedilər: 

قالُوا يا مُوسى اجْعَلْ لَنا اِلهاً كَما لَهُمْ آلِهَةٌ

«Ey Musa, bunların bütləri kimi bizə də bir tanrı düzəlt»
Bütə pərəstiş edən şəxslərin hərəkətləri Musanın tərəfdarlarında elə təsir qoymuşdu ki, onlar yeganə Allaha sitayiş etsələr də, bu sözləri Musaya dedilər. Musa peyğəmbərsə onları bu sözlərinə görə tənbeh edib buyurdu: 

اِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ ـ اِنَّ هؤُلاء مُتَبَّرٌ ما هُمْ فِيهِ وَباطِلٌ ما كانُوا يَعْمَلُونَ

Musa dedi: «Siz həqiqətən cahil bir qövmsünüz dini artıq yıxılmış, gördüyü işlər də batil və bihudədir». (“Əraf» surəsi, ayə: 138-139.)


4456 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP