30 Aprel 2014

Rəcəbdə bir gün oruc tutan... (1may-1rəcəb)

Rəcəb, şəban və ramazan aylarının fəziləti böyükdür. Bu barədə rəvayətlər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb Allahın böyük ayıdır. Hörmət və fəzilətdə bu aya çatanı yoxdur. Bu ayda kafirlərlə döyüşmək haramdır. Rəcəb Allahın ayıdır, şəban mənim ayımdır, ramazan ümmətimin ayı. Rəcəbdə bir gün oruc tutan Allahı razı salar, Allahın qəzəbi bu şəxsdən uzaqlaşar, cəhənnəm qapılarından biri üzünə bağlanar.”
İmam Musa Kazim (ə) buyurur: “Rəcəb ayında bir gün oruc tutandan cəhənnəm odu bir il uzaq olar. Bu ayda üç gün oruc tutana behişt vacibdir.” İmam (ə) başqa məqamda buyurur: “Rəcəb beniştdə bir arxın adıdır. Bu arxın suyu süddən ağ, baldan şirindir. Rəcəbdə bir gün oruc tutan insan həmin arxın suyundan içər.”
İmam Sadiq (ə) buyurur: “Peyğəmbər (s) buyurub ki, rəcəb tövbə və istiğfar ayıdır. Bu ayda bağışlanmaq istəyiniz çox olsun. Allah bağışlayan və mehribandır... Bu ayda Allah öz rəhmətini ümmətimin başına ələyər. Əstəğfirullahə və əsəluhutəvbə - sözlərini çox deyin.”
İbn Babuyə, Salimdən belə rəvayət edir: Rəcəbin sonuna bir neçə gün qalmış İmam Sadiqin (ə) görüşünə getdim. Həzrət (ə) soruşdu ki, bu ayda oruc tutmusan? Cavab verdim ki, tutmamışam. İmam (ə) buyurdu ki, çox savabı əldən çıxarmısan, qədərini yalnız Allah bilir; Allah bu ayı başqa aylardan fəzilətli edib, bu ayda oruc tutanlara diqqəti özünə vacib sayıb. Soruşdum ki, qalan günləri oruc tutsam, bəzi savablara çata bilərəm? İmam (ə) buyurdu: “Kim bu ayın sonunda bir gün oruc tutsa Allah onu canvermə çətinliyindən, ölümdən sonrakı qorxudan, qəbir əzabından uzaq edər. Kim ayın sonu iki gün oruc tutsa siratdan rahat keçər. Üç gün oruc tutan qiyamətin böyük dəhşətindən qurtular, ona cəhənnəm odundan amannamə verilər.”
Rəcəb ayında oruc tutan insan üçün çox savab nəzərdə tutulub. Oruc tutmaq gücü olmayan insan hər gün yüz dəfə bu təsbihatı desin:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلا لَهُ سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ

Rəcəb ayının müştərək əməlləri var və bu əməllər bütün aylarda savaba malikdir:
1.Bu duanı İmam Səccad (ə) bütün rəcəb günləri oxuyub:

یَا مَنْ یَمْلِكُ حَوَائِجَ السَّائِلِینَ وَ یَعْلَمُ ضَمِیرَ الصَّامِتِینَ لِكُلِّ مَسْأَلَةٍ مِنْكَ سَمْعٌ حَاضِرٌ وَ جَوَابٌ عَتِیدٌ اللَّهُمَّ وَ مَوَاعِیدُكَ الصَّادِقَةُ وَ أَیَادِیكَ الْفَاضِلَةُ وَ رَحْمَتُكَ الْوَاسِعَةُ فَأَسْأَلُكَ أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِىَ حَوَائِجِى لِلدُّنْیَا وَ الْآخِرَةِ إِنَّكَ عَلَى كُلِّ شَىْ‏ءٍ قَدِیرٌ

2.İmam Sadiqdən (ə) nəql olunmuş dua:

خَابَ الْوَافِدُونَ عَلَى غَیْرِكَ وَ خَسِرَ الْمُتَعَرِّضُونَ إِلا لَكَ وَ ضَاعَ الْمُلِمُّونَ إِلا بِكَ وَ أَجْدَبَ الْمُنْتَجِعُونَ إِلا مَنِ انْتَجَعَ فَضْلَكَ بَابُكَ مَفْتُوحٌ لِلرَّاغِبِینَ وَ خَیْرُكَ مَبْذُولٌ لِلطَّالِبِینَ وَ فَضْلُكَ مُبَاحٌ لِلسَّائِلِینَ وَ نَیْلُكَ مُتَاحٌ لِلْآمِلِینَ وَ رِزْقُكَ مَبْسُوطٌ لِمَنْ عَصَاكَ وَ حِلْمُكَ مُعْتَرِضٌ لِمَنْ نَاوَاكَ عَادَتُكَ الْإِحْسَانُ إِلَى الْمُسِیئِینَ وَ سَبِیلُكَ الْإِبْقَاءُ عَلَى الْمُعْتَدِینَ اللَّهُمَّ فَاهْدِنِى هُدَى الْمُهْتَدِینَ وَ ارْزُقْنِى اجْتِهَادَ الْمُجْتَهِدِینَ وَلا تَجْعَلْنِى مِنَ الْغَافِلِینَ الْمُبْعَدِینَ وَ اغْفِرْ لِى یَوْمَ الدِّینِ

3.İmam Sadiqdən (ə) nəql olunmuş başqa bir dua:

اللَّهُمَّ إِنِّى أَسْأَلُكَ صَبْرَ الشَّاكِرِینَ لَكَ وَ عَمَلَ الْخَائِفِینَ مِنْكَ وَ یَقِینَ الْعَابِدِینَ لَكَ اللَّهُمَّ أَنْتَ الْعَلِىُّ الْعَظِیمُ وَ أَنَا عَبْدُكَ الْبَائِسُ الْفَقِیرُ أَنْتَ الْغَنِىُّ الْحَمِیدُ وَ أَنَا الْعَبْدُ الذَّلِیلُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ وَ امْنُنْ بِغِنَاكَ عَلَى فَقْرِى وَ بِحِلْمِكَ عَلَى جَهْلِى وَ بِقُوَّتِكَ عَلَى ضَعْفِى یَا قَوِىُّ یَا عَزِیزُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الْأَوْصِیَاءِ الْمَرْضِیِّینَ وَ اكْفِنِى مَا أَهَمَّنِى مِنْ أَمْرِ الدُّنْیَا وَ الْآخِرَةِ یَا أَرْحَمَ الرَّاحِمِینَ

4.Həzrət Peyğəmbər (s) buyurur ki, hər kəs rəcəb ayında yüz dəfə bu zikri desə:

أَسْتَغْفِرُ اللَّهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَحْدَهُ لا شَرِیكَ لَهُ وَ أَتُوبُ إِلَیْهِ

Və sonra sədəqə versə, Allah-Taala ona yüz şəhidin savabını yazar.
5.Həzrət Peyğəmbər (s) buyurur ki, kim rəcəb ayında min dəfə “la ilahə illəllah” desə Allah ona yüz min savab yazar, bu şəxs üçün behiştdə yüz şəhər salınar.
6.Rəcəb ayında sübh 70 dəfə, axşam 70 dəfə “əstəğfirullahə və ətubu iləyh” deyib əllərini duaya açan “əllahumməğfirli vətub ələyy” deyə dua edən insan bu ayda dünyasını dəyişsə Allah ondan razı qalar, od onu yandırmaz.
7.Rəcəb ayı boyu min dəfə bu zikri deyəni Allah bağışlayar:

أَسْتَغْفِرُ اللهَ ذَا الْجَلالِ وَ الْإِكْرَامِ مِنْ جَمِیعِ الذُّنُوبِ وَ الْآثَامِ

8.Seyid ibn Tavus Peyğəmbərdən (s) nəql edir ki, İxlas surəsi oxumağın böyük savabı var. Rəcəb ayında bu surəni on min dəfə, min dəfə, yüz dəfə oxuyan böyük savaba çatır. Rəcəb ayı cümə günü bu surəni yüz dəfə oxuyanı qiyamətdəki bir nur behiştə aparar.
9. Seyid ibn Tavus Peyğəmbərdən (s) nəql edir ki, hər kəs rəcəb ayı günorta və ikindi namazları arasında dörd rəkət namaz qılsa, hər rəkətdə bir həmd, yeddi ayətəl-kürsi, beş ixlas oxusa sonra on dəfə desə ki:

أَسْتَغْفِرُ اللهَ الَّذِى لا إِلَهَ إِلا هُوَ وَ أَسْأَلُهُ التَّوْبَةَ

Allah bu unsana ölənə qədər hər gün min savab yazar, oxuduğu hər ayəyə görə behiştdə qırmızı yaqutdan şəhər, oxuduğu hər hərfə görə dürdən qəsr verər, bu adamdan razı qalar.
10.Bu ayda cümə axşamı, cümı günü və şənbə oruc tutmaq tövsiyə edilir. Haram aylarda bu üç günü oruc tutana Allah 900 il ibadətin savabını yazar.
11.Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb gecələrindən birində on rəkət namaz qılan, hər rəkətdə bir dəfə Həmd, Kafiriun, uç dəfə İxlas oxuyanın günahları bağışlanar. ”

Rəcəb ayının birinci gecə və gündüzünün əməlləri:

Birinci gecə
1.Ayı görəndə demək:

اللَّهُمَّ أَهِلَّهُ عَلَیْنَا بِالْأَمْنِ وَ الْإِیمَانِ وَ السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّى وَ رَبُّكَ اللهُ عَزَّ وَ جَلَّ

Peyğəmbər (s) buyurur ki ayı görəndə deyin:

اللَّهُمَّ بَارِكْ لَنَا فِى رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّیَامِ وَ الْقِیَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَلا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ

2.Qüsl vermək. Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb ayının əvvəli, ortası və sonunda qüsl verənin günahları elə yuyular ki, anadan doğulmuş kimi pak olar.”
3.İmam Hüseynin (ə) ziyarəti.
4.Şam namazından sonra 10 ikirəkətlik namaz qılınır. Bu namaz sayəsində insanın canı, malı, ailə-övladı hifz olur, qəbir əzabından amanda qalır.
5.Xüftən namazından sonra iki rəkət namaz qılınır. Birinci rəkətdə Həmd və Ələm nəşrəh bir dəfə, İxlas 3 dəfə oxunur. İkinci rəkətdə Həmd, Ələm nəşrəh, İxlas, Nas və Fələq oxunur. Salamdan sonra 30 dəfə “la ilahə illəllah” deyilir, 30 salavat çəkilir. İnsan anadan olmuş kimi paklanır.

Birinci gün
1.Oruc tutmaq. Nəql olunur ki, Həzrət Nuh həmin gün gəmiyə minib və gəmidəkilərə oruc tutmaq göstərişi verib. Deyib ki, bu oruc onları bir ol cəhənnəm odundan qoruyar.
2.Qüsl.
3.İmam Hüseynin (ə) ziyarəti. İmam Sadiqdən (ə) nəql edilir ki, rəcəbin ilk günü İmam Hüseyni (ə) ziyarət edəni Allah bağışlayar. İmamı (ə) uzaqdan da ziyarət etmək olar və bu inşaallah qəbuldur.


Nur-az.com


6982 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP