28 İyun 2017
QURANDA «İTRAF» VƏ «MÜTRƏF» KƏLMƏLƏRİ
Quranda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib

«Səbə» surəsinin 34-cü ayəsində oxuyuruq: «Biz hansı bir şəhərə xəbərdarlıq eləyən elçi göndərmişiksə, oranın varlı olan başçıları «biz sizinlə göndərilən şeyləri danırıq» -demişlər.»
Quranda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib. Bu cür varlı şəxslərə isə şiddətli surətdə xəbərdarlıq edilib. «Qəsəs» surəsinin 58-ci ayəsində oxuyuruq: «Keçirdiyi güzərana naşükür olan neçə-neçə şəhəri yer üzündən yox elədik. Odur evləri! Onlardan sonra bu evlərdə az-az qalarlar».
«Təkasür» surəsinin birinci ayəsində oxuyuruq: «(Mallarınızı, canlarınızı) çoxaltmaq işi sizləri qafil etdi».
İslam Peyğəmbəri (s) mal-dövlət toplamaq barədə buyurur: «Malını çoxaltmaq-sərvəti haram yoldan yığıb haqqını verməmək və sandıqlarda saxlamaq deməkdir».