01 May 2014

Təlhə və Zübeyr – dünyapərəstlik və tamahın sonu!

Nə vaxtsa haqq cəbhəsində, İslamda, İmamət və Vilayət yolunda olanların yoldan, xətdən çıxmasının konkret səbəbləri var. Təkəbbür, paxıllıq, özünü və fikirlərini mütləq üstün saymaq, dünya və məqampərəstlik, çox vaxt da günah insanın bəsirət gözünü qapayır. Təqvalı olmaq düşüncəyə də aiddir. İnsan azğın, təfriqə yaradan fikirlərdən çəkinməlidir.
Xətdən çıxmaq hamını hədələyən təhlükələrdəndir. Bu təhlükədən qorunmaq üçün Allahın razılığını düşünüb ehtiyatla hərəkət etmək, həm də xətdən çıxmış məşhurların həyatını öyənmək faydalı olar. Məsələn, axı necə oldu ki, Peyğəmbər səhabələri Təlhə və Zübeyr kimi tanınmış insanlar mövqeyini dəyişdi?

Təlhə ibn Übeydullah Həzrət Peyğəmbərin (s) yaxınlarından və köməkçilərindən idi. Həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmazdan öncə (besətə qədər) Təlhə yazıb-oxumağı bacaran azsaylı adamlardan idi. O, Peyğəmbərə (s) ilk iman gətirənlərdən olub. Bir çox dini savaşlarda iştirak edib. Uhud savaşında vəziyyət ağırlaşanda, düşmənlər hücuma keçəndə Təlhə böyük şücaət göstərdi. O vaxt bir neçə nəfər meydandan qaçmayıb Peyğəmbəri qoruyurdu, biri də Təlhə idi. Təbuk, Vida Həccində də Təlhə Allahın Rəsulu ilə birlikdə idi. Ömərin xəlifə təyini üçün təşkil etdiyi şurada altı nəfərdən biri Təlhə idi. O həmin məclisdə Zübeyrlə birlikdə Həzrət Əliyə (ə) səs verdi. Amma xilafət Osmanın ixtiyarına verildi.
Osmanın xəlifəliyinin son illərində səhabələrin çoxu, xalq Osmandan narazı idi. Təlhə də Aişə ilə birlikdə müxalif cəbhədə idi. Osmanın qətlindən sonra Əliyə (ə) ilk beyət edənlər arasında Təlhə və Zübeyr də vardı. Çox keçməmiş Əmirəlmöminindən (ə) istədilər ki, İslam torpaqlarının bir hissəsini onlara tapşırsın. Həzrət Əli (ə) bu istəyi həyata keçirməyəndə Təlhə və Zübeyr Məkkədə Əliyə (ə) müxalif cəbhəyə, Aişə, Bəni-Üməyyəyə qoşuldular. Cəməl döyüşünü qızışdırrdılar, Bəsrəyə üz tutdular.
Təlhə Cəməl döyüşündə öldürüldü. Onu Osmanın yeznəsi Mərvan ibn Həkəm öldürdü. Mərvan Təlhənin dəstəsində olsa da gizli şəkildə onu oxla vurdu.
“Cəməl səhabələri” adlandırılan düşmənlər arasında Təlhə və Zübeyr kimi səhablər vardı. Həzrət Peyğəmbər (s) bir zaman bu insanlar haqqında çox xoş sözlər buyurmuşdu. Zübeyr iman gətirəndə onun 15 yaşı vardı. Peyğəmbər (s) dünyasını dəyişəndən sonra Əliyə (ə) sadiq qalanlar, bu yolda zərbə alanlar arasında Zübeyr də vardı.
Osman öldürüləndən sonra əvvəl Təlhə, sonra Zübeyr Əliyə (ə) beyət etdi. Tarixi mənbələrdə yazılır ki, Uhud döyüşündə Əli (ə), Təlhə, Zübeyr və 8 ənsar sonadək Peyğəmbərin (s) müdafiəsindı dayandı, başqaları qaçdılar.
Zübeyr qətlə yetirilən zaman Əli (ə) onun qılıncına baxıb təəssüflə buyurdu: “Bu qılınc dəfələrlə Peyğəmbərin çöhrəsindən qəm tozunu silib.” Əmirəlmöminin (ə) Təlhənin cənazəsi kənarında dayanıb buyurdu: “Ey Əbu Məhəmməd! Səni ulduzlar altında öldürülmüş görmək mənə ağırdır. Ey kaş Allah 20 il əvvəl mənim canımı alaydı!” Necə olur ki, Peyğəmbərin sevimli səhabələri zaman gəlir təsəvvürümüzdə mənfi fərdlər kimi yer alır? Həzrət Əli (ə) Nəhcül-Bəlağənin 151-ci xütbəsində buyurur: “Nemətlərin gətirdiyi məstlikdən həmişə qorxun!” 185-ci xütbənin davamında buyurur: “Bəzən badə yox, nemət və rifahdan məst olursunuz...”
Ömər və Osmanın xəlifəliyi dövründə İslam cəmiyyətindəki ayrıseçkilik, sərvətlərin ədalətsiz bölüşdürülməsi dünyapərsətlik və rifahtələblik kimi ağır xəstəlikləri meydana çıxardı. Heç nəyi olmayan dünyapərəslər bir neçə il ərzində böyük sərvət əldə etdi. Beləcə dünya sevgisi öz işini gördü, ümmətin əxlaqı pozuldu. Təlhə və Zübeyr də bu axında gedənlərdən idi.
Məsudi yazır: “Zübeyrin Bəsrədə tikdiyi əzəmətli ev bu gün də qalır. Onun Misirdə, Kufədə, İskəndəriyyədə tikdiyi qəsrlər məşhurdur. Zübeyr öləndə 50 min dinar pul, min at və başqa qiymətli şeylər irs qoymuşdu. Təlhənin Kufədə ucaltdığı imarət yerində durur. Ona Darul-Təlhə deyirlər. Təlhənin İraqda gündəlik qazancı min dinar idi. Tövləsində min at bağlanmışdı. Öləndə sərvətinin bir hissəsi 84 min dinar idi.” Bəli, dünya malı, dünya sevgisi Peyğəmbər səhabələrini delə azdırmışdı. Sonda Əmirəlmömininlə (ə) döyüşə girdilər. Həzrət Peyğəmbər (s) Əliyə (ə) buyurur: “And olsun həyatım əlində olan Allaha! Əgər ümmətimdən bir qismi səni məsihilər İsanı tanrılaşdırdığı kimi tanrılaşdırmasaydı, elə fəzilətlərini açardım ki, müsəlmanlar sənin ayağının tozunu gözünə tutiya edərdi.”
Təlhə və Zübeyrin ölümündən sonra onların dünya sevgisindən çaşqınlığı bir xarakter olaraq səhnədən çıxmadı. Tarix təlhələrlə, zübeyrlərlə zəngindir. Əvvəlcə İslam yolunda, sonra İslama qarşı vuraşanlar az deyil. Dünya nemətləri çoxlarını çaşdırır.
Maraqlıdır ki, Həzrət Əli (ə) Təlhə və Zübeyri bağışladımı? Bi iki şəxs Əli (ə) ilə beyətlərini pozdular. Cəməl döyüşünü qızışdırdılar və hər ikisi bu döyüşdə öldü. Əmirəlmömininin (ə) onları bağışlaması barədə məlumat yoxdur. Həzrət (ə) Zübeyrin cəsədinə baxıb buyurdu: “Sən bir zaman Peyğəmbərlə həmsöhbət idin, qohumluğunuz vardı (Zübeyr Peyğəmbərin bibisi oğlu idi). Amma şeutan sənin ağlına hakim oldu, aqibətin bu oldu!” Həzrət (ə) Təlhənin cəsədinə müraciətlə buyurdu: “Sən İslama keçmiş xidmətlərindən faydalana bilərdin. Amma şeytan səni azdırdı, alova tələsdin.” Həzrətin (ə) sözləri şeytanın Təlhə və Zübeyr üzərində hakimiyyətini təsdiqləyir. Onların tövbə və bağışlanması barədə isə nəsə deyilmir...

Nur-az.com


6493 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP