Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2017

TƏHRİF - GÜNAHIN DAHA BİR AMİLİ

Təhrif o deməkdir ki, ilahi bir qanunu dəyişdirib, bəşər qanunlarından ona artırasan
İlahi qanunları təhrif etmək günaha səbəb olan amillərdən biridir. Təhrif o deməkdir ki, ilahi bir qanunu dəyişdirib, bəşər qanunlarından ona artırasan. Belə halda ilahi və bəşər qanunlarının birləşməsindən ibarət yeni bir qanun yaranacaq. Bu cür qanunu ilahi bir qanun kimi tanıtdırmağa təhrif və ya bidət deyilir.

İmam Əli (ə) buyurur: “Əgər batil haqdan tamamilə ayrılsaydı, haqq onu axtaranlara gizli qalmazdı. Və əgər haqq batildən tamamilə saflaşsaydı, daha düşmənlər haqqa qarşı mübarizə apara bilməzdilər.»

O Həzrət sözünün davamında buyurur:
«Lakin (çox təəssüf ki,) haqdan bir hissə və batildən bir hissəni seçib bir-biri ilə qatışdırırlar. Elə bu vaxt şeytan öz dostlarına qələbə çalır». (Nəhcül-bəlağə, 50-ci xütbə.)


3919 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP