Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2017

Şeytan dörd dəfə nalə və fəryad edib

Dörd şey hədər yerə gedər
İmam Sadiq (ə) buyurub:

Səbr, yaxşılıq, xoş rəftar və xoş xasiyyət peyğəmbərlərin xüsusiyyətlərindəndir.

Bir kəs müsafir olsa da dörd müqəddəs məkanda namazını bütöv qıla bilər: Məkkədə, Mədinədə, Həzrət Əlinin (ə) hərəmində (Məqsəd Kufə məscididir) və İmam Hüseynin (ə) hərəmində.

Quranın vacibi səcdə ayəsi olan surələri dörddür: Ələq, Nəcm, Fussilət və Səcdə.

Şeytan dörd dəfə nalə və fəryad edib: Lənət olunduğu gün, Adəmin (ə) yerə gəldiyi gün, Məhəmmədin (s) besət günü (Peyğəmbərliyə seçildiyi gün) və “Həmd” surəsi nazil olan vaxt. İki dəfə də lovğalanmışdır: Adəm ağacdan meyvə yeyən və behiştdən qovulan zaman.

Dörd şey hədər yerə gedər: Şoranlığa əkilmiş toxum, gündüz yandırılan çıraq, tox olan vaxt yeyilən yemək və başa düşməyən kəslərə yaxşılıq.


5097 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP