Şrift ölçüsü:
A+
A
A-
Kr
25 İyul 2017

GÜNAHIN BİRDƏFƏLİK VƏ YA TƏDRİCƏN TƏRKİ

Günahkar insan üçün qəti bir söz, kiçik bir hadisə, ilahi bir yuxu təkan ola bilər.
Günahdan qoruna bilməyib, paklığını itirmiş insanın qarşısında iki yol var: O, ya bir dəfəyə günahdan uzaqlaşmalı, bu mümkün olmadıqda tədricən, pillə-pillə nəfsini təmizləməlidir.
Günaha batmış adam üçün ən yaxşı yol qəlbində inqilab qopararaq bütün günahlardan və əxlaqi nöqsanlardan birdəfəlik uzaqlaşmaqdır. Qəti qərar gələrək şeytanları qəlbdən qovub, qəlbinin qapılarını onların üzünə birdəfəlik bağlayan şəxs rahatlığa çıxır. Cəmiyyətdə olmazın günahlara batmış bəzi insanların həqiqi tövbə ilə şər yoldan birdəfəlik uzaqlaşdığına az da olsa təsadüf edirik. Günahkar insan üçün qəti bir söz, kiçik bir hadisə, ilahi bir yuxu təkan ola bilər.
Allahın saleh bəndələrindən olan məşhur övliya Bişr Hafi haqqında belə yazırlar: «Bişr Hafi evini günah yuvasına döndərmiş eyş-işrət əhli idi. Bir gün yoldan ötən imam Musa ibn Cəfər (ə) onun evindən gələn səs-küyü eşidib, qapıdakı kənizdən soruşur: «Bu evin sahibi azaddır, yoxsa qul? Əgər qul olsaydı, ağasından qorxardı». Kəniz imamın bu sözünü dərhal Bişrə çatdırır. Məsum imamın sözləri Bişrin qəlbində qiyam qaldırır. O, tövbə edib övliyalıq dərəcəsinədək yüksəlir. Günahdan birdəfəlik uzaqlaşa bilməyən insan bu işi tədricən görməlidir. Hər tərk olunmuş günah qəlbin bir qara nöqtəsini təmizləyir, bir şeytan qovulur və onun yerinə bir mələk gəlir.


5210 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP