Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2017

Günahkar təriflənəndə Allahın ərşi titrəyir

Günahkar şəxsi tərifləyənlərin üzünə torpaq atın
İctimai mühiti pozan amillərdən biri də günahkar şəxsə yaxşı münasibət göstərib, (cəzasız buraxmaq) onu günah işlərə daha meyilli etməkdir. Çünki belə adamla yaxşı rəftar etmək ona qol-qanad verir, bundan əlavə, belə rəftar başqalarının da günaha meyilli olmasına rəvac verir. Bu barədə bir neçə hədisə diqqət yetirək:

İmam Əli (ə) Malik Əştərə yazdığı məktubun bir hissəsində buyurur:

«Heç vaxt yaxşı adamla günahkar şəxsə eyni gözlə baxma. Çünki onların hər ikisi ilə bir münasibətdə olmaq, yaxşı adamı yaxşı işlərinə meylsiz, pis adamı isə pisliyinə qarşı daha meyilli edər. Bunların hər biri ilə əməllərinə görə qanun çərçivəsində rəftar et!» (Nəhcül-bəlağə, 53-cü məktub.)

Başqa bir hədisdə buyurur:
«Bir şəxsi həddən artıq tərifləmək yaltaqlıq, həddindən az tərifləmək isə ya acizlikdən, ya da ona həsəd aparmaqdandır». (Nəhcül-bəlağə, 374-cü hikmət.)

İslam Peyğəmbəri (s) buyurur:
«Günahkar təriflənəndə Allahın ərşi titrəyir və Allah qəzəblənir». (Səfinətül-bihar, 2-ci cild, 528-ci səh.)

İslam Peyğəmbəri (s) başqa bir hədisdə buyurur:
«Günahkar şəxsi tərifləyənlərin üzünə torpaq atın». (Vəsailüş-şiə, 12-ci cild, 132-ci səh.)

İmam Əli (ə) buyurur:
«Peyğəmbər (s) bizə əmr etmişdir ki, günahkar adamlarla qaş-qabaqlı davranaq».

İmam Sadiq (ə) buyurur:
Allah-təala iki mələyi bir şəhəri alt-üst etmək üçün məmur etdi. Onlar şəhərə daxil olanda Allaha dua edən bir kişini gördülər. Onlardan biri Allaha ərz etdi: «İlahi mən bu şəhərdə bir nəfəri Sənə dua edən halda gördüm».

Allah-təala buyurdu:
«Sizə əmr etdiyim işi yerinə yetirin. Çünki bu kişi bir dəfə də olsun Mənə görə günahkarlara qarşı qəzəblənməyib». (Vəsailüş-şiə, 11-ci cild, 413-cü səh.)

Deməli, Allaha ibadət və dua edən şəxs də bu ümumi bəlaya düçar olmalıdır. Çünki onun günahkarlarla mülayim davranışı, onların günaha daha da batmasına səbəb olurdu. Yeri gəlmişkən deyək ki, kitabın 4-cü hissəsində əmr be məruf və nəhy əz münkər bəhsində bu mövzu haqqında danışacağıq.


3092 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP