03 May 2014

Şəhid Sədrin Səddama cavabı

Səddam öz gücünün zirvəsində olarkən İslam dünyasının böyük müctehidi Ayətullah Məhəmməd Baqir əs-Sədrə bir məktub göndərərək ondan özünə itaət etməsini istəyir.

Lakin Şəhid Məhəmməd Baqir əs-Sədr ona verdiyi cavabda cəddi Hz. Hüseyn kimi zillətə boyun əyməyəcəyini bildirir. O Səddamı necə bir sonun gözlədiyini dərin bəsirətiylə elə o gün görmüşdü.
Amerikanın işğalını, ölkənin ayaqlar altında əziləcəyini, mallarının talanacağını, Səddamın zəlil bir şəkildə öləcəyini və xalqın onu lənətləyəcəyini dəqiq bir şəkildə onun özünə bildirən bu sirli məktub Şəfəq Xəbər Agentliyinə (Shafaqna) çatdı.

Amma qüruru gözlərini kor edən Səddam onu dinləmək bir yana, ən ağır işgəncələrlə bu böyük arifi bacısıyla birlikdə şəhid etmişdi. Bu da Ayətullah Məhəmməd Baqir əs-Sədrin Səddama yazdığı o məktub :

Şəhid Sədrin Səddama cavabı

"Mən sizin ağıllı olduğunuzu zənn edirdim. Sizlər aşkar sözləri belə inkar edirsiniz. Mən sizə lazım olan sözü söylədim və nəsihət etdim.

Əgər qiyamətə inanırsınızsa və həqiqətə çatmaq istəyirsinizsə, məni dinləyin . Sizlər pozğunluq xəstəliyi ilə xəstələnmisiniz və öldükdən sonra diriləcəyinizi unutmayın. Öldükdən sonra ürəkləriniz daşlaşmış və heyvandan aşağı səviyyəyə düşəcəksiniz.

Sizlərə nəsihət verdikcə daha da azğınlaşırsınız. Eynilə yəhudilər və şeytana uyanlar kimi sizi pislikdən çəkindirənlərə düşmənçilik bəsləyirsiniz. Allaha qarşı döyüşə başlamısınız və Allah dostlarını nəzarətə alırsınız, onları öldürürsünüz .

Ən kiçik bir zənnə söykənərək eynilə cahiliyyət dövründəki atalarınız kimi onları öldürürsünüz . Ölkəmizin əsərlərini dağıdırsınız. Heç bir günah və cinayət işləməkdən qorxmur, həva və həvəsinizə uyursunuz. Şəhvətlərinizə uyduqca fəlakətə sürüklənirsiniz. Hiylələrə əl atırsınız.

İraqdakı hər ev sizin əlinizdən qan ağlayır, günahsız insanların qanını içirsiniz. Siz eynilə bir quru odun parçası kimisiniz. Heç bir sözün təsir etmədiyi daş kimisiniz. Sizə nəsihət etməkdən yoruldum.

Tağutlara tapınırsınız , fironların nəvəsisiniz. Məni ölümlə hədələyib qorxudacağınızımı zənn edirsiniz ?! Ölüm xalq içindəki bir ənənədir və hamımız ölümü dadacağıq. Zalımların əliylə öldürülmək Allahın xalis qullarına olan bir lütfü deyilmi?!

Əlinizdən gələni əsirgəməyin, edəcəyinizi edin. Sizinlə Allahın hüzurunda görüşəcəyik və çatacağınız yer pis əzabdır. Bizim nurumuzu söndürməyə çalışırsınız. Hiyləkarlıqla mənə nəsihət edirmiş kimi rəftar etməyinizə təəccüblənirəm.

Sizin məndən razı olmanızı da gözləmirəm. Haqqı batiləmi satmağımı gözləyirsiniz?! Allaha itaəti buraxıb sizəmi itaət edim?! Sizi razı edib, Onumu qəzəbləndirim?!

Əgər belə olsa yolumu azar və hidayətə çatanlardan olmaram. Təəssüflər olsun sizə! Nə istəyirsiniz?
İslam mənim yanımda alınıb-satılan bir mal kimi ola bilərmi? Mən dünya mənfəəti ardıyca olan biriyəmmi? Məni dünya malı ilə qorxutmağa çalışmayın. Mən alçaq insanlar kimi sizə əlimi uzada bilmərəm və kölələr kimi sizi təsdiqləmərəm!

Əgər ölümdən başqa qorxudacaq bir şeyiniz qalmamışsa, belə də davranın! Mənim sizin istəklərinizə boyun əyəcəyimi başınızdan silib, atın. Bizlər qiymətli insanların övladlarıyıq və (bu yolda) ayaqlarımız əsla titrəməmişdir.

Sizi göndərənlərə və ağalarınıza eynilə bunu deyin: "Əgər Məhəmməd Baqir Sədri min dəfə də öldürsəniz, istəyinizə əsla çata bilməyəcəksiniz.

Məni öldürdükdən sonra daim zillət və qorxu içində yaşayacaqsınız. Vəziyyətiniz dəyişəcək və Allah sizləri zəlil edənləri sizə hakim edəcək və xar bir şəkildə məğlub olacaqsınız.

Heç zaman güman etmədiyiniz ağrıları dadacaq, bəlalara və zillətə düçar olacaqsınız. Hər biriniz çöllərə düşəcəksiniz, səltənətiniz darmadağın olacaq, ayaqlar altına alınacaqsınız .

Sizlər başqa şəhərlərə dağılacaq, avara olacaqsınız, diyarlarınız və mallarınız parça-parça olacaq və gözlərinizi açdığınızda, xalqın sizi lənətlədiyini görəcəksiniz. Tarix səhifələrində qara bir ləkə olaraq anılacaqsınız ...

Məhəmməd Baqir əs-Sədr 1979

Mənbə: “Şəhid Sədr bər boləndiye əndişe və cihad”, s.39


6140 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP