Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Avqust 2017

«QEYBƏTİN GÜNAHI»

Qeybət aciz insanın son cəhdidir
“Bir-birinizin qeybətini etməyin, sizdən biriniz ölmüş qardaşının ətini yeməyə hazır olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.” (“Hücurat” surəsi, ayə: 12.)

Allahın Rəsulu (s) buyurub:
“Ey Əbuzər! Qeybətdən uzaq ol. Çünki qeybət etmək zinadan şiddətlidir. Dedim: Ya Rəsulullah! Atam-anam sənə fəda olsun. Nə üçün? Buyurdu: Çünki zinakar tövbə edir. Allah da onun günahını bağışlayır. Amma qeybət edənin günahı qeybətini etdiyi onu bağışlamayınca, bağışlanmaz.” (“Müstədrəkul-vəsail”, c. 9, səh. 150.)
Qeybət və qəbir əzabı
Peyğəmbər (s) buyurub:
“Qəbir əzabı üç şeyə görədir. Onun üçdə biri qeybətə şamildir.” (“Müstədrəkül-vəsail”, c. 9, səh. 117.)
“Mömini söymək fisq, onu öldürmək küfrdür. Onun ətini yemək (qeybətini etmək) günahdır. Onun malının ehtiramı, canının və qanının ehtiramı kimidir.” (“Üsuli-kafi”, c. 2, səh. 359.)

Qeybəti tərk etmək və on min namaz
Peyğəmbər (s) buyurub:
“Müsəlmanın qeybətini etməmək on min rəkət namazdan üstündür.” (“Müstədrəkül-vəsail”, c. 9, səh. 117.)

İmam Əli (ə) buyurub:
“Qeybət aciz insanın son cəhdidir.” (“Qürərul-hikəm”, səh. 293.)

Peyğəmbər (s) buyurub:
“Əgər bir şəxsin yanında müsəlman qardaşının qeybəti edilsə və həmin şəxs qeybəti ediləni müdafiə edə bildiyi halda, onu müdafiə etməsə, Allah dünyada və axirətdə həmin şəxsi xar edər.” (“Vəsailuş-şiə”, c. 12, səh. 291.)


3124 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP