03 May 2014
Həzrət Əlidən (ə) 10 hədis

* * *
Hədis 2: Həzrət Əli (ə) buyurur: “Mömin onunla insafsız rəftar edənlə insafla davranar.”
* * *
Hədis 3: Həzrət Əli (ə) buyurur: “Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”
* * *
Hədis 4: Həzrət Əli (ə) buyurur: “Zülm və fəsad yolundan çəkinib itaət yolunu tutun ki, axirətdə xoşbəxt olasınız.”
* * *
Hədis 5: Həzrət Əli (ə) buyurur: “Allahdan həya etmək bir çox günahları aradan aparır.”
* * *
Hədis 6: Həzrət Əli (ə) buyurur: “Elimsiz əməl etmək zəlalətdir (yoldan azmaqdır).”
* * *
Hədis 7: Həzrət Əli (ə) buyurur: “Bəndələrin dünyadakı əməlləri, axirətdə gözlərinin qabağında olacaqdır.”
* * *
Hədis 8: Həzrət Əli (ə) buyurur: “Təqvalıların nəfsi qane, şəhvətləri ölü, çöhrələri açıq, qəlbləri isə qəmgindir. ”
* * *
Hədis 9: Həzrət Əli (ə) buyurur: “Dünya bulud kölgəsi və şirin yuxu kimidir.”
* * *
Hədis 10: Həzrət Əli (ə) buyurur: “Ağıllı şəxs odur ki, öz nəfsi üzərində qələbə çalsın və axirətini dünyasına dəyişməsin.”
Nur-az.com