Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2017

YALAN

Yaşadığımız dünyada elə qlobal yalanlarla rastlaşırıq ki, ən mötəbər təşkilatlara belə inam itir
Yalan böyük günah hesab olunur. Bütün səmavi dinlər, eləcə də İslam yalanı haram bilir. İslam Peyğəmbəri (s) buyurur: «Kəbirə günahların ən böyüyü şirk, valideynin üzünə ağ olmaq və yalandır», «Mömin üzürsüz olaraq yalan danışarsa, 70 min mələk ona lənət oxuyar».
Yalan bəşəriyyətin açıq düşmənidir. O, narkotik maddə kimi insanların şüurunu məhv edib, həqiqətlərin üstünə pərdə çəkir. Yalan insanın şəxsiyyətini şübhə altına alır. İslam Peyğəmbəri (s) buyurur: «Üç qisim insan namaz qılıb oruc tutsa da münafiqdir: yalançı, vədinə vəfa etməyən və əmanətə xəyanət edən». Həzrət Əli (ə) buyurur: «İnsan o zaman imanın ləzzətini dadır ki, hətta zarafatla olan yalanı belə tərk edir».
Cəmiyyət doğru informasiyaya ehtiyaclıdır. Təsəvvür edin ki, gözləri bağlanmış insan qarşısındakı quyulardan sağ-salamat keçmək üçün ətrafındakılardan məlumat alır. Əgər ətrafdakılar yolu quyu, quyunu yol kimi tanıtdırsalar, gözü bağlı insanı nə gözləyər?!
Yaşadığımız dünyada elə qlobal yalanlarla rastlaşırıq ki, ən mötəbər təşkilatlara belə inam itir. Ermənistan Azərbaycanın torpaqlarının 20 %-ni işğal etdiyi halda, dünya Azərbaycanı ittiham edir. İsrail Fələstin torpaqlarını qəsb etdiyi halda, fələstinlilər terrorist adlandırılır. Odur ki, «yalan ayaq tutub yeriyir» deyirlər.


2843 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP