Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Avqust 2017

GÜNAH HAQQINDA YADDAŞLAR

Həqiqətən Allah-təala, Ona şirk qoşulmağı bağışlamır
Zülm etməyin növləri və onun cəzası.

İmam Əli (ə) buyurur: «Agah olun ki, zülm üç qismdir:
1. Heç vaxt bağışlanmayan zülm.
2. Cəzasız qalmayan zülm.
3. Bağışlanan zülm.
Bu elə bir zülmdür ki, ondan sorğu-sual olunmayacaq.
Heç vaxt bağışlanmayan zülm isə Allaha müşrik olmaqdır. «Nisa» surəsinin 48-ci ayəsində oxuyuruq: «Həqiqətən Allah-təala, Ona şirk qoşulmağı bağışlamır».
Cəzasız qalmayan zülm isə bəndələrin bir-birinə zülm etməyidir. Bu vaxt onlar özləri-özlərini cəzalandırırlar.
Bağışlanan zülm isə insanın kiçik günahlarla bu dünyanı dəyişməsidir. (Nəhcül-bəlağə, 176-cı xütbə.)
(Yəni bu vaxt o, kiçik günahlarla (zülmlərlə) dünyasını dəyişsə də onun bu günahları Allah-təala tərəfindən bağışlanır.)

Günahların ən pisi

İmam Sadiq (ə) buyurur: Günahların ən pisi üçdir:
1. Heyvanı (qeyri-şəri yolla və səbəbsiz) kəsmək.
2. Qadının mehriyyəsini verməmək (kəbin kəsilən zaman qeyd olunan hədiyyə).
3. Fəhlənin muzdunu verməmək. (Biharül-ənvar, 103-cü cild, 169-cu səh.)


3274 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP