06 May 2014
İslam Partiyasından dəstək bəyanatı

Belə ki, İsrailin xarici işlər naziri Aviqdor Libermanın aprelin 30-da Azərbaycana səfəri AİP sədri tərəfindən etirazla qarşılanıb. Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilən Liberman Azərbaycanda özünü öz evindəki kimi hiss etdiyini bildirir. Bəli, dünyada müsəlman qatilləri sırasında yer almış bu cinayətkar Azərbaycanı özünə çox yaxın dost hesab etdiyini dilə gətirib.
Hacı Mövsüm Səmədov bu səfərə etiraz edərək rəsmi bəyanatında deyir: “Vətənimizin 20 faizdən çox torpaqlarının və 10 mindən çox ana-bacılarımızın xəbis və cinəyatkar ermənilərin əlində əsir olması ona görə deyil ki, bizim qeyrətli və mərd oğullarımız yoxdur. Bəlkə bütün bu müsibətlərin səbəbi ondan ibarətdir ki, bizim dövlət başçılarımız dostu ilə düşməni tanımır və düşməni ilə dostluq edir. Bəşəriyyətin düşməni olan sionizmə etiraz hər bir müsəlmana vacib və fərzdir."
Azərbaycan İslam Partiyası həbsdə olan AİP sədrinin mövqeyini dəstəkləyir, təşkilat rəhbərliyi adından həmrəylik bəyanatı verərək işğalçı rejim rəsmisinin işğala məruz qalmış Azərbaycana səfərini pisləyir./İslaminsesi/