06 May 2014
Allah, gənclər ürəyində Əli eşqi alovlansın!

Oxşa Cəfəri Təyyarə sən.
Allah hifz etsin sizləri
Hər cürə qada-bəladan.
Artır ey Rəbbim, Xaliqim
Cəfəridə bəsirəti.
Göstər əhli-ürfan yolun
Ayırma həqqi mövladan.
Keçsin ağam Əli yolun
Ürəyində zikri-sübhan.
Allah,həqqə çək bizləri
Qoyma çıxaq haqq yolundan.
Vaşlacuardakı Əli...
Burda İsmail yatmasın.
Yetim fağır-fuğaralar
Başsız avarə qalmasın.
Allahım, sənin nurundan
Haqq yolumuz işıqlansın.
Müşkül-qoşa ağam Əli
Əli eşqi alovlansın.
Seyyid Faiq, molla Elxan
Molla Sahib yaxın gəlsin.
Aqil arzusuna çatsın.
Allah, yatanlar ayılsın.
Yaratdığın bu bəndənin
Sən bilirsən aqibətin.
İlahi sənin rəhmindən
Əli Rza ilham alsın.
Allah qadir qüdrətinlə
Bu zəif miskin bəndəni
Apar ziyarətə, Xuda.
Cəddi Hüseyn xatirinə
Qoyma qalsın bir də yolda.
Ürəkdə nisgili həsrət,
Gözündə yaş, dilində ah...
Səndən istər ta Kərbəla.
Kərbəlanı hifz et, Allah.
Sən təmizlə düşmənlərdən
Həzrət Zeynəb məqbərəsin.
Həqqi Kovsər xatirinə
Saxla Hüseyn abidəsin.
Qadir Allah o gün olsun
Apar bizi Kərbəlaya.
Haqq yolumuz nurla dolsun
Salsın üstümüzə sayə.
Cəfəri bizimlə birgə
Şeş-guşə qəbrə dolansın.
İmam Hüseyn mərqədində
Allahdan peymanın alsın.
Seyyid Adil Seyidzadə