Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2017

AŞURA VƏ İNSANLARIN DUYĞULARI

Döyüşə getmək istəyənə əsgər lazımdır, lakin İmam Hüseyn (ə) öz övladlarını və qadınlarını da özü ilə gətirmişdi
Keçən gün Tasua, bu gün isə Aşura günüdür. Aşura günü həmin əzəmətli və böyük hadisənin zirvəsidir. Hüseyn ibn Əli (ə) Kərbəlaya müharibə dəm-dəsgahı ilə gəlməmişdi. Döyüşə getmək istəyənə əsgər lazımdır, lakin İmam Hüseyn (ə) öz övladlarını və qadınlarını da özü ilə gətirmişdi. Bu o deməkdir ki, burada tarix boyu həmişə insanların duyğularını özünə yönəldəcək və İmam Hüseynin (ə) işinin əzəmətini bəlli edəcək bir hadisə baş verməlidir.
İmam Hüseyn (ə) bilir ki, düşmən alçaq və rəzildir. Görür ki, onunla döyüşə gələnlər kiçik və dəyərsiz bir mükafat qarşılığında belə böyük cinayəti törətməyə hazır olan Kufə quldurlarıdır. O, həyat yoldaşının və övladının başına nə gələcəyini bilir. İmam Hüseyn (ə) bunlardan xəbərsiz deyil. Lakin eyni zamanda təslim olmur, yolundan dönmür, bu yolda hərəkətə israr edir. Bəllidir ki, bu yol nə qədər mühüm və bu iş nə qədər böyükdür.

Aşurada bəla dalğaları

Kitablarda təkrar-təkrar yazıldığına əsasən, Aşura gününün hadisələrini nəql edən rəvayətçi deyir: “And olsun Allaha ki, məksur görmədim”. "Məksur" - başına qəm-qüssə ələnən, uşağı ölən, dostları məhv olan, sərvəti əldən çıxan və bütün bəlalara düçar olan şəxsdir. Rəvayətçi deyir ki, mən dörd tərəfdən müsibət içərisində olan heç kəsi Hüseyn ibn Əli (ə) kimi möhkəm görmədim. Müxtəlif döyüş meydanlarında, ictimai və siyasi işlərdə insan müxtəlif adamlarla rastlaşır. Bəzi şəxslər müxtəlif qəmlərə düçar olmuşlar. Rəvayətçi deyir ki, belə bir halda və bütün bu müsibətlərdə olan heç kimi Hüseyn ibn Əli (ə) qədər şad, qərarlı, əzmkar, iradəli və Allaha təvəkkül edən görmədim. Bu, sözügedən ilahi izzətdir. Bu cərəyanı İmam Hüseyn (ə) tarixdə yaratdı və bəşər anladı ki, belə bir hökumət və cəmiyyət üçün mübarizə aparmalıdır; elə bir cəmiyyət ki, onda insan aşağılığı, təhqiri, əsarəti və ayrıseçkilik olmasın. Hamı belə bir cəmiyyət üçün cihad etməlidir. Belə cəmiyyət yaranmalıdır, yaranır və mümkündür.

Ayətullah Seyid Əli Xamenei


6366 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP