19 Oktyabr 2017
ZEYNƏBİ-KÜBRA VƏ BAŞQA BİR VƏZİFƏ
Fatimə bibisi Zeynəbin paltarına sarıldı və dedi: Bibican yetim olmuşam. Gərək kəniz də olam?
Yezidin məclisində əsirlərin arasında imam Hüseynin (ə) kiçik yaşlı qızlarından birinin məsum çöhrəsi ay kimi parıldayırdı. Bu səfərdə əziyyət çəkib müsibət görməyinə baxmayaraq çöhrəsinin gözəlliyi qəmli simasından bəlli idi. Bu gözəllik Yezidin tərəfdarlarından şamlı bir kişinin diqqətini cəlb etdi. Yezidə dedi: Bu qızı mənə bağışla! Fatimə bibisi Zeynəbin paltarına sarıldı və dedi: Bibican yetim olmuşam. Gərək kəniz də olam? – Zeynəb bu vaxt üzünü şamlı kişiyə tutub dedi: Yalan dedin, alçaqlıq etdin, nə sənin belə bir haqqın var, nə də Yezidin. Yezid bu sözü eşitməklə halı dəyişdi və dedi: Belə haqqım var, əgər istəsəm edərəm. Zeynəb onun cavabında buyurdu: Heç vaxt bacarmazsan, çünki, Allah sənə belə haqq verməyib. O vaxt edə bilərsən ki, bizim dinimizdən çıxıb başqa dini seçəsən. Yezid dedi: Atan və qardaşın dindən çıxdılar, Zeynəb buyurdu: Əgər müsəlmansansa, babamın, atamın və qardaşımın dininə hidayət olubsan! Yezid özünü Zeynəbin sözünün qarşısında aciz görüb söyüş silahını aldı və dedi: Ey Allahın düşməni yalan deyirsən! Zeynəb buyurdu: Sən indi əmirsən və zülmlə söyüş verirsən, öz qüdrətini gözə soxub meydan oxuyursan. nəhayət Yezid guya xəcalət çəkirmiş kimi sakit oldu.
Bu Zeynəb idi ki, hər bir istəyinin icra olunacağını guman edən Yezidin qarşısında dayandı və onu başqalarının gözü qarşısında diz çökdürdü.
Bu Zeynəb idi ki, hər bir istəyinin icra olunacağını guman edən Yezidin qarşısında dayandı və onu başqalarının gözü qarşısında diz çökdürdü.