05 Noyabr 2017
GÜNAHLARI BAĞIŞLAYAN
Həqiqi tövbəkarın dörd əlaməti vardır

«Nisa» surəsinin 23-cü ayəsindən görünür ki, Allah-Taala hər bir günahkarın tövbəsini qəbul edir: «Həqiqətən Allah bağışlayan və rəhm edəndir». «Maidə» surəsinin 39 ayəsini oxuyuruq: «Hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə Allah onun tövbəsini qəbul edər».
Bəli, tövbə edib, tövbədən sonra böyük günaha və təkrar kiçik günaha yol verməyən, qəzaya verdiyi vacib əmrləri yerinə yetirən, xalqın haqqını ödəyən şəxs hökmən bağışlanasıdır.
Həzrət Peyğəmbər (s) buyurur: «Həqiqi tövbəkarın dörd əlaməti vardır: Əməldə Allah əmrlərinin sözsüz icrası, batildən uzaqlaşmaq, həqiqətə bağlılıq və xeyirxahlığa güclü rəğbət». («Мизанул-һикмәт» 2-ҹи ҹилд, сәһ-638.) Həzrət Əli (ə) buyurur: «Allah-Taala bəndəsinin üzünə şükür qapısını açıb, nemətin artım qapısını bağlamaz. O, dua qapısını açıb, qəbul qapısını örtməz. Allah tövbə qapısını açıb, bağışlanma qapısını bağlamaz». («Нәһҹүл-бәлағә».)