13 Noyabr 2017
Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?
Agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdı

Quran buyurur: “Bilmədiyinizi zikr əhlindən soruşun.” (“Nəhl”, 43.)
Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.