08 Yanvar 2018
VALİDEYNƏ İTAƏT
Allah-təala insana valideynlərə hörmət etməyi ən ali əməli tapşırıq olaraq təyin edir

Bu ayələrdə Quran xüsusi tapşırıq verir: Övlad öz valideynləri ilə son dərəcə ehtiram və ədəblə davranmalıdır. Onların bütün ehtiyaclarını gözəl şəkildə yerinə yetirməlidir. Övlad öz ata-anasının qarşısında təvazökarlıq göstərməlidir. Üstəlik, onun bu təvazökarlığı icbar və ya məsləhət üzündən olmamalıdır; sidq ürəkdən onlarla mehri-ban davranmalı, onların hər hansı xoşagəlməz hərəkətlərinə, (qocalığın ixtiyar çağında bəzi insanların hərəkətləri dözülməz olur) zəhmət-lərinə səbir etməlidir. Onlara dua edib Allahdan rəhmət diləməlidir.
Bu ayələrdə Allah-təala insana valideynlərə hörmət etməyi ən ali əməli tapşırıq olaraq təyin edir. Valideynlə hörmətlə davranmaq insanın şəri vəzifəsi olmaqla yanaşı həm də onun kamilliyi yolunda öz nəfsi ilə mücahidə aparması kimi də qiymətləndirilir. Yüksək irfani məqamlara yetmək istəyən şəxslər üçün bu, xüsusi bir tapşırıqdır. Şagirdlərindən biri Əllamə Təbatəbaidən ir-fanın nə olduğunu soruşub xüsusi tapşırıq verməsini xahiş edəndə ona bu tövsiyəni etdi: “Çalış ailənlə xoş davran, bütün irfan budur.”
İnsan qoca valideynlərinin verdikləri zəhmətlərə qatlaşmaqla nəfsi çirkinliklərdən paklanır; həyatın ağrı-acısına səbir etməklə dünya və axirət savabına çatır; ruhunda bir yüksəliş hiss edir. Ata-anası övladından razı qaldıqda onun haqqında xeyir-dua edir və dualar əlbəttə ki, səmərəsiz qalmır. Bəzən zəif bir qocanın səmimi qəlblə etdiyi dua daha tez müstəcab olur.