Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2018

20 Yanvar Şəhidlərinə ithaf (Şeir)

Şəhidlik – əbədi bir həyat demək, Şəhidlik – əbədi səadət demək
Bismilləhir-Rahmənir-Rahim

İyirmi yanvarda, o qanlı gündə
Əsarət ipini qırdı şəhidlər.
Hüseyni duruşla qalxıb ayağa
Zilləti izzətlə vurdu şəhidlər.

Şəhidlik – əbədi bir həyat demək,
Şəhidlik – əbədi səadət demək,
Şəhidlik cihaddır – ibadət demək
Səf-səf ibadətə durdu şəhidlər.

“…Onlar diridirlər…” – Quran ayəsi
Şəhidin qanıdır hürlük mayası.
Azadlıq! – məqsədi, amal, qayəsi
Bu yolda canını verdi şəhidlər.

Əsrlərdən bəri o qanlı bayraq
Hay salır, hayqırır dalğalanaraq.
Haqsızın önünü haqla alaraq
Haqqın qalasını qurdu şəhidlər.

Zamanın sahibi (ə.f.) gələydi ey kaş,
Bizləri nökəri biləydi ey kaş,
Yolunda canımız öləydi ey kaş
Necə Kərbəlada öldü şəhidlər.

Zeynəb Zeynəlabdiyeva


2907 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP