21 Yanvar 2018
Quranın 114 surəsi olduğu halda, nə üçün «Yasin» surəsi daha çox oxunur?
Yasin Allahın Rəsulunun adıdır

Hədislərdə «Yasin» surəsi «Quranın qəlbi» adlandırılır. İmam Sadiq (ə) buyurur: «Bu surəni qürubdan əvvəl oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa, Allah min mələk məmur edər ki, onu hər şeytan və hər bəladan qorusun» .
Lakin bu fəzilətlər surəni kor-koranə oxuyana yox, onun məfhumunu düşünüb, anlayanlara şamildir. Elə bir düşüncə ki, insanın əməllərinə sirayət edir!