Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2018

Əhli-beyt (ə) qurtuluş vasitəsidir

Biz nicat gəmisiyik. Ona pənah gətirən nicat tapdı, ondan qalan həlak oldu
Əbuzər Kəbə qapısından tutub dedi: “Eşitdim ki, Peyğəmbər (s) belə buyurdu: “Agah olun, mənim Əhli-beytim sizin üçün Nuhun gəmisi kimidir. Hər kəs ona pənah gətirsə qurtuldu, hər kəs ondan qalsa məhv oldu.” (“Yənabeul-məvəddət”, 1-94, bab 4, hədis 1)
Əmirəlmöminin (ə) buyurur: “Əgər sizlərin qurtuluşu nəzərdə tutulmasaydı, Allah bizi bu dünyaya göndərməzdi. Biz Allahın ərşi ətrafında həmd-sənaya məşğul idik və dünya əhli deyildik. Sizin ardınızca göndərildik ki, sizi küfr, şirk və azğın nəfs istəkləri girdabından çıxaraq, insanlıq zirvəsinə çatdıraq. Biz dünyanın zülmət quyusu başında dayanıb sizi onun dərinliyindən çıxaran, bu torpaq aləmdən pak aləmə hidayət edən karvanıq. Beləsə, əlimizi əlinizə verin, sədaqətlə bizə beyət edin ki, sizi bu girdabdan, tufanlı dəryadan xilas edib qurtuluş sahilinə çıxaraq.”
Həzrət Peyğəmbər (s) buyurur: “Biz nicat gəmisiyik. Ona pənah gətirən nicat tapdı, ondan qalan həlak oldu. Allahdan bir şey istəyən biz Əhli-beyt (ə) vasitəsi ilə istəməlidir.” (“Fəraidul-səmteyn”, 1-37)
Əmirəl-möminin (ə) Kumeylə buyurdu: “Ey Kumeyl! İslam peyğəmbəri (s) ramazanın on beşinci günü əsr namazından sonra mühacirlər və ənsar bir yerə toplaşdığı vaxt minbərə qalxıb buyurudu: “Əli və onun iki pak övladı məndəndir, mən də onlardanam. Onlar nicat gəmisi kimidir. Ona pənah gətirən nicat tapar, ondan qalan məhv olar. Qurtulan Firdövs cənnətdədir, yerdə qalan cəhənnəm odunda!” (“Bəşarətul-Mustəfa”, 30; “Biharul-ənvar”, 74-276, bab 11, hədis 1) Həzrət başqa bir məqamda buyurur: “Bizim vilayətimizə (hakimiyyətimizə) tabe olan qabağa düşdü, bizim gəmidən qalan qərq oldu.” (“Ğurərul-hikəm”, 116, hədis 2028, 2029) Gecələr yol gedənlər üçün ulduzlar nişangahdır. Bir çox müsafirlər gecənin qaranlığında ulduzların köməyi ilə hərəkət edir. Həzrət Peyğəmbər (s) bir rəvayətdə Əhli-beyti (ə) ulduzlar tək əmin-amanlıq vasitəsi hallandırır: “Ulduzlar yer əhlini qərq olmaqdan qoruyan əmin-amanlıq vasitəsidir. Mənim Əhli-beytim ixtilafdan qurtuluş səbəbidir. Onlarla olmayan, onlara qarşı qalxan zümrə bir-biri ilə də ixtilafda olar və şeytan firqəsindən sayılar.” (“Mustədrək”, 3-162)


5503 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP