20 Fevral 2018
Nə üçün duamız qəbul olmur?
Quran oxudunuz, amma ona əməl etmədiniz
Bütün çətinliklər qarşısında duadan yetərincə güc almağın mümkünlüyünə kifayət qədər dəlillər vardır. Bəs nə üçün bəzən dualarımız qəbul olmur? Həzrəti Əli (ə) duanın qəbul olmasının səbəblərini belə bəyan edir: «Dualarınız ona görə qəbul olmur ki, qəlbiniz səkkiz halda xəyanət etmişdir: Allah-təalanı tanıdınız, amma onun haqqını yerinə yetirmədiniz; Göndərdiyi Peyğəmbərə (s) iman gətirdiniz, sonra onun buyurduqlarına müxalif oldunuz; Quran oxudunuz, amma ona əməl etmədiniz; Dediniz Allahın əzabından qorxuruq, amma əzaba düçar edəcək işlər gördünüz; Dediniz Allahın mükafatına çatmaq istəyirik, amma əməlləriniz sizi bu mükafatlardan uzaq saldı; Allahın nemətlərindən yeyir, amma şükr etmirsiniz; Əmr olundu ki, şeytanla düşmən olun. Dildə «düşmənik» dediniz, amma əməldə onunla müxalif olmadınız; Başqalarında eyib axtarıb, öz eyiblərinizə göz yumdunuz». («Səfinətül-bəhar», 1-ci cild, səh. 448.)