21 Fevral 2018
Bəlkə anasının üzünə ağ olub?
Pis əməlinə görə onu yandıracağam
“Təfsire-Nişaburi”də nəql olunur:
İslam Peyğəmbərinin (s) dövründə bir gənc ölüm ayağında olarkən Həzrət (s) onun yanına getdi. Oğlanın dili tutulduğundan şəhadət kəlmələrini deyə bilmirdi. Həzrət (s) soruşdu ki, bəlkə namazqılan deyil, ona görə dili tutulub? Dedilər ki, namaz qılandır. Həzrət (s) buyurdu ki, bəlkə zəkat ödəməyib? Dedilər ki, ödəyib. Həzrət (s): - “Bəlkə atasının üzünə ağ olub?” deyə maraqlandı. Yenə də “yox” dedilər. Nəhayət, Həzrət (s) belə bir sualla müraciət etdi: “Bəlkə anasının üzünə ağ olub?” Cavab verdilər ki, - “Bəli, anasının üzünə ağ olub.” Ananı dəvət edib oğlunu halal etməsini istədilər. Ana dedi: “Mən onu necə halal edə bilərəm ki, üzümə sillə vurub?!”
Həzrət Peyğəmbər (s) buyurdu: “Od gətirin.” Ana soruşdu ki, “Odu nə üçün istəyirsiniz?” Həzrət buyurdu ki, “Pis əməlinə görə onu yandıracağam.” Ana dedi: “Mən razı olmaram ki, onu yandırasınız. Onu doqquz ay bətnimdə gəzdirib, sonra iki il süd vermişəm, illər uzunu kənarında durmuşam. Mən onu oddan qurtarmaq üçün bağışlayıram.” İnsan üçün həqiqi mürəbbi olmayan ana günahkar övladının yanmağına razı olmursa, həqiqi mürəbbi olan Allah öz bəndəsinin əzabına razı olarmı?! Əsla!
İnsan üçün həqiqi mürəbbi olmayan ana günahkar övladının yanmağına razı olmursa, həqiqi mürəbbi olan Allah öz bəndəsinin əzabına razı olarmı?! Əsla!