Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Mart 2018

Əhli-beyt (ə) nemətinə görə şükür

“Peyğəmbərə itaət edən əslində Allaha itaət etmişdir...”
Əgər kafir valideynin də insan qarşısında haqqı varsa, imamət və vilayət məqamına malik, insanların təlim-tərbiyəsini öhdəsinə götürmüş, dünya və axirətdə qurtuluş gəmisi olan Əhli-beytin (ə) haqqı şübhə doğurmamalıdır. İnsanların xoşbəxtliyi onların Əhli-beytə (ə) nə dərəcədə bağlı olmasındadır. Bütün bunlar onların böyük məqamından danışır. Görən Əhli-beytin varlıq nemətinə görə necə şükür etməliyik?
Heç şübhəsiz, ilahi haqlardan sonra Əhli-beytin (ə) haqları gəlir. Hər nədən öncə bu haqları yerinə yetirmək lazımdır. İlkin haqq budur ki, insan Əhli-beyti tanımaq istiqamətində addım atsın. Məhəbbət tanışlıqdan sonra yaranır. Hər birimiz nicat gəmisi olaraq onların əmrlərinə tabe olmalıyıq. Yetərli itaət əsil şükürdür.
Həzrət Peyğəmbər (s) buyurur: “Mən və Əli bu ümmətin atalarıyıq.” (“Üyuni-əxbarur-Riza”, 2-85, bab 22, hədis 29)
Mühüm şiə təfsirlərində və digər rəvayət kitablarında “Bəqərə” surəsinin 21-ci ayəsi ilə bağlı deyilir: Allaha sizə tapşırdığı kimi cavab verin. İnanın ki, ondan savayı məbud yoxdur, Allah şəriksiz və oxşarsızdır, sitəm qılmayan ədalət sahibidir, bağışlayanların bağışlayanıdır, tələskənlikdən uzaq səbr sahibidir, yalnız hikmət əsasında iş görür. İnanın ki, Məhəmməd onun bəndəsi və elçisidir, onun Əhli-beyti (ə) bütün peyğəmbər Əhli-beytlərindən üstündür. İnanın ki, Peyğəmbərdən (s) sonra Əhli-beytin (ə) ən üstün nümayəndəsi Əlidir (ə), Məhəmməd səhabələri ən üstün səhabələr, Məhəmməd ümməti ən üstün ümmətdir. (“Təvilul-ayatuz-zahirə”, 44)
Əhli-beyt (ə) əhli-beytlərin üstünü, Əli (ə) fərdlərin öncülüdür. Demək, xalq onların haqlarını yerinə yetirməyə borcludur. Bu haqlar bütün haqlardan önəmlidir. “Rəbbinizə ibadət edin” ayəsi ilə bağlı deyilir: “Peyğəmbər (s) və Əlini (ə) əziz tutmaqla Allaha ibadət edilir. (“Təfsirul-imamul-Əskəri”, 139, hədis 70; “Biharul-ənvar”, 38-69, bab 59, hədis 6)
Peyğəmbər (s) və Əlini (ə) əziz tutmaq dedikdə, heç şübhəsiz, onlara itaət və iqtida nəzərdə tutulur. Allah-təala Quranda buyurur: “Peyğəmbərə itaət edən əslində Allaha itaət etmişdir...” (“Nisa”, 80) Digər bir ayədə oxuyuruq: “Daha layiqli odur ki, Allah və onun rəsulunu razı salaq...” (“Tövbə”, 62)
Məgər şiə və sünni rəvayətlərində təsdiqlənmirmi ki, Peyğəmbər (s) həyatda olduğu vaxtlar insanları öz Əhli-beytinə (ə) məhəbbətə çağırırdı. Əgər Peyğəmbər (s) Əhli-beytin (ə) haqlarını öz haqqı, öz haqlarını ilahi haqq saymışsa, ayə və rəvayətlərin də təsdiqlədiyi kimi, Əhli-beytin (ə) haqları ilahi haqlarla bir səviyyədə dayanır. Bu səbəbdən də Əhli-beytin (ə) haqlarını pozmaq böyük əzabla sonuclanır.
İmam Məhəmməd Baqir (ə) Əhli-beytin (ə) varlığını ilahi nemətlərdən sayır: “Biz Allahın öz bəndələrinə nemətlərindənik...” (“Bəsairud-dəracat”, 62, bab 3, hədis 10)
Allah-təala bir tərəfdən öz rəhməti ilə Əhli-beytə peyğəmbərlik və imamət məqamı vermiş, digər tərəfdən onlara itaəti bütün insanlara vacib buyurmuşdur. (“Təfsiri-Safi”, 2-461)
Qurani-kərimdə “şükür” sözü “nemət” sözü ilə yanaşı zikr olunur. İnsan nemət müqabilində şükür etməyə vəzifəlidir. Şübhəsiz, Əhli-beytin (ə) varlığına görə şükür etmək onların rəhbərliyini qəbul edib, göstərişlərinə tabe olmaqdır. Hətta bir tikə çörək müqabilində insanın şükür etməməsi nankorluqdur. Şeyx Hürr Amili “Vəsailuş-şiə” kitabında Şeyx Səduqun “Üyuni-əxbarur-Riza” kitabından belə bir rəvayət nəql edir: İmam Riza (ə) yaxınlarından birindən belə eşitdi: “Allah Əli (ə) ilə vuruşana lənət etsin.” Həzrət bu şəxsə buyurdu: “Lənət oxuyanda tövbə qılıb islah olanı nəzərə al.” Sonra imam əlavə etdi: “Əliyə itaətsizlik edib, onun göstərişlərindən boyun qaçıran şəxs tövbə etməsə, onun günahı Əli (ə) ilə vuruşanın günahından da ağırdır.” (“Üyuni-əxbarur-Riza”, 2-88, bab 22, hədis 35)


5520 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP