04 Mart 2018
Günahdan çəkinmək istəyən insan nə etməlidir?
Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir.

Cəld və güclü olmaq həvəsi ilə müəyyən bir idman növü ilə məşğul olub, ehtiyatsızlıq üzündən şikəst olanlar da var. Amma bu sayaq uğursuzluqlara baxmayaraq, insanlar idmandan üz döndərmir.
Hansısa kiçik bir səhvə görə həbsxanaya düşüb, oradan narkoman kimi çıxanlar da az deyil. Amma həbsxanalar mövcuddur və gələcəkdə də mövcud olacaq.

Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir». («Ənkəbut» surəsi, ayə 45.)
Bəli, müttəqilərə doğru yol göstərən Quran, günahdan çəkinmək istəyənləri namaza çağırır. «Filan namaz qılan nə üçün çirkin işlərdən çəkinməyib» sualına yuxarıdakı misallar cavab verir. Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir.

İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır».