Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2018

"Allah-taala onu Öz əzəmətinin nurundan yaratmışdır"

İlahi, Səndən istəyirəm ki, məni sevənlərə və mənim övladlarımı sevənlərə cəhənnəm əzabı verməyəsən
Bismillahir-rəhmanir-rəhim

Əzəmətli İslam mədəniyyətinin prinsipi həzrət Zəhranın (ə) “əvvəl qonşu, sonra ev” cümləsi üzərində qoyulmuşdur. Bu cümləni eşidən insanlar İslama yönəlir, iman qazanır. Çünki həzrət Zəhranın (ə) “əvvəl qonşu, sonra ev” cümləsi xidmət göstərməkdə, kömək etməkdə, hətta Mütəal Allahdan bir şey istəməkdə və dua etməkdə başqalarını özündən irəlidə tutmağa təkid edir. Belə bir mühüm məsələ İslamdan başqa heç bir din və məktəbdə yoxdur. Məzlum ölkələrə yardım etmək də həzrət Zəhra (ə) təməlini qoyduğu bu mövzudan qaynaqlanır.

İmam Sadiq (ə): 1. “Həzrət Zəhra gün ərzində Əmirəlmöminin Əli üçün üç dəfə nur saçdığına görə Zəhra adlanıb.”
2. “Həzrət Zəhra ona görə Zəhra adlanıb ki, Allah-taala onu Öz əzəmətinin nurundan yaratmışdır.” (“İləluş-şəraye”, c. 1, səh. 180; “Dəlailul-imamə”)

Allahın rəsulu (s): “Qızım ona görə Fatimə adlanıb ki, Allah onu, onun pak nəslini və onu sevənləri cəhənnəmin odundan amanda saxlayıb.” (“Dəlailul-imamə”, səh. 149)
Əbuzər həzrət Zəhranın (ə) evinə daxil olduqda gördü ki, əl dəyirmanı öz-özünə işləyir. Allahın rəsulu (s) buyurdu: “Allahın mələkləri vardır ki, onlar yer üzündə gəzirlər. Onlar tapşırılmışdır ki, Muhəmmədin övladlarına kömək etsinlər.”
“Bizi sevənlər, biz Əhli-beytdəndir” hədisinə uyğun olaraq, mələklər şiələrin də köməyinə gəlirlər. (“Biharul-ənvar”, c.43, səh. 45)

İmam Sadiq (ə): “Mütəal Allah Cənnət və Cəhənnəmi həzrət Zəhraya mehriyyə etmişdir. Həzrət Zəhranı və onu sevənləri Cənnətə, onun düşmənlərini isə cəhənnəmə daxil edəcək.” (“Əmali-Şeyx Tusi”)
Allahın rəsulu (s): “Ya Əli! Allah Fatiməni sənə zövcə etdi və bütün yer üzünü onun üçün mehriyyə qərar verdi. Sənə düşmən olan halda hər kəs yer üzərində yeriyərsə, haram iş görmüşdür.” (“Kəşful-ğummə”, c. 1, səh. 472)

Allahın rəsulu (s): “Mütəal Allah Zəhradan istədi ki, Ondan bir istək diləsin. Zəhra dedi: İlahi, Səndən istəyirəm ki, məni sevənlərə və mənim övladlarımı sevənlərə cəhənnəm əzabı verməyəsən.” (“Biharul-ənvar”, c. 27, səh. 139)

İmam Sadiq (ə): “Əli və Fatimə iki dərin elm dəryasıdır.” (“Xisal”, Şeyx Səduq)
Rum surəsinin “O gün möminlər sevinəcəklər” ayəsinin təfsirində İmam Sadiq (ə) buyurur: “Fatimə, səmada ona görə Mənsurə adlanıb ki, Mütəal Allah Fatiməni sevənlərə kömək edər.”

Həsən Muradi


5190 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP