22 May 2014

Allah möminin tükünü də dünyaya dəyişməz

Mal sahibi onun əsl dəyərini, qiymətini bilir. Allah möminin bir tükünü bütün aləmə satmaz. Siz öz qiymətinizi bilmirsiniz, elə buna görə də bəzən özünüzü ucuz satırsınız.
Bəhlulun topal bir ulağı var idi, onu satmaq üçün alverçiyə verdi. Alverçi ulağı tərifləməyə başlayıb, dedi: Bu ulaq deyil, Bərraqdı. Bərraq Peyğəmbərin meraca getdiyi miniyin adıdır. Alverçi ulağı o qədər təriflədi ki, Bəhlul özü də onun sözlərinə inanıb, öz-özlüyündə dedi: Heyfdi bu ulağı satım.
Bəhlul bazarda uca səslə qışırmağa başladı: “Satmıram, satmıram”və alverçinin zəhmət haqqını ödəyib, ulağı geri aldı.
Əslində möminin bədəni Bərraqdı. Mömin bədəni ilə ibadət edir və meraca gedir. Allah və onun övliyaları hər nə qədər desələr ki, sən yaxşısan, dəyərlisən, amma sən yenə də inanmırsan və özünü pis və dəyərsiz hesab edirsən. Problem sənin özünə inamının olmamasıdır. Özünü pis və yoxsul hesab edən özünü ucuz satır. Əgər bir şəxs tapılıb sənə bir Əhli-beyt dostunun nə qədər dəyərli və böyük olduğunu açıqlaya bilsə və sən də ona inansan, artıq heç zaman özünü dəyərsiz dünya malına satmayacaqsan.
Bizi Allah və Əhli-beyt hazırlayıb, onların öz işlərinə inamı var. Gəlin biz də özümüzə inanaq!

Rəbbani Arif hacı Məhəmməd İsmail Dulabi

Nur-az.com


5154 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP