07 Aprel 2018
Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədi?
Nəhayət, Allahın əzabı nazil olur

Nuhun gəmi düzəltdiyini görən tayfa onu məsxərəyə qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın əmri ilə hər heyvandan bir cüt və ailə üzvlərini gəmiyə götürən Nuh (ə) oğlunu dəvət etdikdə, belə cavab alır: «Mən bir dağa sığınaram, o da məni qoruyar». («Hud» surəsi, ayə 43.)