20 Aprel 2018
Ən üstün yaranmış Əhli-Beytdir (ə)
Onların imamət və vilayətinin qəbulu hamı üçün vacibdir

Şübhəsiz, insan hansı şəraitdə, harada qərar tutmasından asılı olmayaraq, Əhli-beyti (ə) tanıdığı halda onlara iqtida etməsə, dini onlardan öyrənməsə, onların göstərdiyi yolda qədəm atmasa, Quranın təfsiri olan səmərəli maarifindən faydalanmasa, qəti göstərişlərinə əməl etməsə, hətta bütün ömrünü cihada sərf etsə də, İslam peyğəmbərinin (s) buyuruğuna əsasən, fayda əldə etməyəcək. Beləcə, əbədi bədbəxtliyə düçar olub, azğınlıqda qalacaq! Bəli, yalnız Qurani-məcidə Əhli-beytə (ə) sarılanlar azğınlıqdan qorunacaq, öz təlaşlarında fayda götürəcək, ömrünü zaya çıxarmayacaq. Müxtəlif firqələrə məxsus hədislərin nəql etdiyi kimi həzrət Peyğəmbər (s) buyurur: “Aranızda elə bir əmanət qoyuram ki, ona sarılsanız heç vaxt yolunuzu azmassınız: onlardan biri o birindən böyükdür: Allah tərəfindən yerə doğru çəkilmiş ip olan Allahın kitabı və mənim əhli-beytim (ə). Bu iki şey Kövsər hovuzu kənarında mənə çatanadək bir-birindən ayrılmaz. Diqqətlə baxın ki, mən olmayan vaxt bu iki dəyərli şeyə münasibətdə mənim haqqımı necə əda edirsiniz.” (“Sunəne-Termezi”, 5-663; “Biharul-ənvar”, 23-118, bab 7, hədis 36)