Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2013

Dindar özünü öldürə bilər?

Dünyada intihar günün problemi sayılır. Amma dindarın, intiharı günah sayan dinə iman gətirmiş insanın intihara cəhdi nadir hadisələrdəndir. Bununla belə bu qəbil hadisələr baş verir. Mövzu ilə bağlı son xəbər bu oldu: Tacikistanın müxalifətdə olan İslam Dirçəliş Partiyasının üzvü Umedcon Todciyev oktyabrın 30-da o, polisə tabe olmamaq ittihamı ilə 10 sutka həbsə məhkum edilib. Noyabrın 2-də isə iki nəfərin ifadəsi əsasında müxalifət təmsilçisinə qarşı cinayət işi açılıb. İstintaqda dindirilmə zamanı müxalifət partiyasının təmsilçisi özünü daxili işlər orqanının yerləşdiyi binanın 3-cü mərtəbəsindən aşağı atıb...

Əvvəla xəbər haqqında. Bəziləri yazızr ki, “3-cü mərtəbədən tullanıb”. Belə çıxır ki, qaçmaq istəyib. Çünki özünü öldürmək istəyən adam tullanmır, özünü atır – pəncərədən atır, oda atır. Desək filankəs oda tullanıb gülməli çıxar. Bu mətbuatın hadisəyə qeyri-ciddi münasibəti.

İkincisi, dindarı belə bir addıma sövq edən səbəb həm iman zəifliyi, həm də istintaq zamanı işgəncələr ola bilər. Bəli, haramdır, böyük günahdır insanın özünü öldürməsi. Amma işgəncə amili dindar üçün bu günaha yol açan bəlkə də ən güclü amildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Səkkizinci bölmə:
1.6 Maddə 125.: Özünü öldürmə həddinə çatdırma...

Mətbuat yazır ki, gənc siyasi məhbus Rəşadət Axundova yeni uydurma ittihamlar irəli sürülməsinə babası dözmədi. 45 ilin müəllimi Ənayət müəllim damarlarını kəsərək intihar etdi... Belə xəbərlər internetdə kifayət qədərdir:
...Bakıda Nərimanov rayonunda yaşayan 51 yaşlı Əhmədov Məmmədbaqı Əhməd oğlu özünü yaşadığı evdə asıb. Qəbələ rayonundan gəlib, Bakıya yaşayırmış. Xeyli müddət imiş ki, iş axtarırmış. Üç övlad atasıymış. Evdə beş nəfərdən bircəyi - həyat yoldaşı işləyirmiş.
...Masallı rayonunun Kalinovka kəndində yaşayan 24 yaşlı Əliyev Sərraf Azad oğlu özünü dəmiryol stansiyasının tara bazasında şalbandan asıb. Ailəliydi. İki övladı qalıb.
Onun da qəsdinə işsizlik, gün-güzəran qayğıları durubmuş.
...Lənkəran rayonu Gərmətük kənd sakini, 1971-ci ildə anadan olan Hüseynov Müqabil Qəzənfər oğlu özünü kənd yolunun üstündəki ağacdan asıb. İki övladı yetim qalıb. İşsiziydi.

Əbu Səid Xidri nəql edir ki, döyüşlərdən birində çüdır qurub mövqe tutmuşduq. Hərə bir iş görürdü. Karvandakılardan bii üç qat işləyirdi. O çırpı yığır, su daşıyır, yemək bişirirdi. Onun haqqında həzrət Peyğəmbərə (s) xoş sözlər deyilən zaman həzrət buyurdu: “O cəhənnəm əhlidir.” Biz çox təəccüb etdik. Bu necə ola bilərdi? Bir müddət sonra döyüş başladı və həmin şəxs yaralandı. Oxu ürəyinə sancıb özünü öldürdü!

Dini mətnlərdə intihar, özünə qəsdin əsas dörd amili qeyd edilib;
1. İman zəifliyi
Allahı düzgün tanımayan, həyat fəlsəfəsini Qurandan öyrənməyən insan ümidini tüz itirir. Allahı qüdrətinə iman olan yerdə ümidsilik yoxdur. İmanlı insan ən ağır çətinliklərin ya ilahi imtahan, ya da günahların əvəzi (kəffarəsi) olmasına əmindir.
2. Əxlaqi nöqsanlar
Əgər intihar edənlərlə bağlı araşdırma aparsaq, görərik ki, bu addımın arxasında həsəd, kin, inadkarlıq, qəzəb, xəyanət, təkəbbür, zina, alkoqol, qumar, vəzifəpərəstlik, intiqam, qeyri-qanuni hamiləlik, məcburi izdivac kimi amillər dayanır. Əxlaqlı insanın intihara əl atması təsadüfi hallardandır.
3. Heyvani meyllər
Şəhvət, dünyapərslikdə ifrata varan insanın ruhiyyəsi fərqlidir. Bu ruhiyyədə intihara da meyl var.
4.Təbii səbəblər
Dəlilik, cəza qorxusu, çarəsiz xəstəlilər intihara səbəb ola bilər.

Qayıdırıq dindarın intiharına. İslam istisna bir halda intihara bəraət verirmi? Ayətullah Məkarim Şiraziyə belə bir sual ünvanlanıb: “Düşmənə əsir düşən zaman işgəncələr altında hərbi sirri acacağı bilən döyüşçü, kütləvi ölümün qarşısını almaq üçün özünü öldürə bilərmi?” Təqlid mərcəsi belə cavab verir: “Əmin olsa ki, işgəncələrə dözə bilməyəcək və açacağı sirr səbəbindən çoxları ölümə gedəcək, özünü ödürməsi isar və fədakarlıq sayılır.” (http://portal.anhar.ir/contentview3.php?export=print&ID=2951)

Əgər şərlənmiş və ya doğrudan da cinayətə yol vemiş şəxs istintaq zamanı ağır işgəncə və ağır təhqirə məruz qalarsa, nəticədə özünü pəncərədən atmaqla intihar etmək istəyərsə, şəriət nə deyir? Azərbaycan cinayət məcəlləsinin maddəsi aydındır:
Maddə 125. Özünü öldürmə həddinə çatdırma
Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma -
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bir nöqtə aydındır ki, İslam dini insanı özünü öldürməyə vadar edən işgəncə və təhqirlərə biganə qala bilməz.

Ruslan Əlili
Nur-az.com


6970 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP