07 May 2018
GÜNAH QARŞISINDA SÜKUT ETMƏK
Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur

Hədislərin birində oxuyuruq: İmam Sadiq (ə) öz zamanında İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsinə razı olan adamlara qatil adı verdi.
İmam Sadiq (ə) «Ali-İmran» surəsinin 183-cü ayəsinə istinad edərək buyurdu:
«Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.» (Vəsailüş-şiə, 11-ci cild 412, 509-cu səh.)
Başqa bir misal:
Saleh peyğəmbərin dəvəsini öldürən bir nəfər olsa da, Allah-təala bütün Saleh və Səmud qövmünü öz əzabına düçar edəcəyini bildirib və onların hamısını o dəvənin qatili hesab edir.
İmam Əli (ə) bu mövzunu belə şərh edir:
«Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».