02 İyun 2018
İslam peyğəmbəri (s) bütün bəşəriyyət üçün rəhmətdir
Bu ayə o həzrətin (s) bütün varlığını bəşəriyyət üçün böyük və vəsfəgəlməz rəhmət adlandırır
وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ
"Səni də aləmlərə (bəşəriyyətə) ancaq bir rəhmət olaraq göndərdik." (Ənbiya, 107).
İzah: İslam peyğəmbəri (s) Allah yanında ən mükəmməl bəndə və ən üstün məxluqdur. Ötən bəhslərdə o həzrətin (s) bəzi əxlaqi keyfiyyətlərini diqqətinizə çatdırdıq. Burada da o həzrətin (s) xüsusi fəzilətlərini ehtiva edən, məqamını daha çox aydınlaşdıran ayələrə işarə edirik. Bu mövzu ilə bağlı ilk ayə yuxarıdakı ayədir. Bu ayə o həzrətin (s) bütün varlığını bəşəriyyət üçün böyük və vəsfəgəlməz rəhmət adlandırır. O həzrətin (s) rəhmət olması yalnız həyatda olduğu dönəmə xas deyil. Əksinə, onun əbədi möcüzəsi, yəni Quran və ondan (s) yadigar qalan hədislər də bəşəri cəmiyyətlər üçün başdan-başa rəhmət və xeyirdir. Həmçinin, onun (s) vücuduna təvəssül etmək duanın qəbul olunmasına və Allaha yaxınlaşmağa səbəb olur. Sözügdən ayədə “لِلْعَالَمِينَ” (lil-aləmin) ifadəsindən aydın olur ki, hətta kafirlər də onun (s) vücudunun bərəkətindən Allahın ümumi rəhmətindən faydalanır və ruzi alırlar.
Hədis: İslam peyğəmbəri (s): “Ey camaat! Mən Allah tərəfindən sizə hədiyyə verilən rəhmətəm.” (Kəşfül-ğimmə, c. 1, səh. 8).