08 İyul 2018
Peyğəmbərin (s) doğru yolda möhkəm dayanması
“Sən doğru yoldasan”

یس وَالْقُرْآنِ الْحَکِیمِ إِنَّکَ لَمِنَ الْمُرْسَلِینَ عَلَى صِرَاطٍ مُسْتَقِیمٍ
"Ya. Sin. And olsun hikmətli Qurana! Həqiqətən, sən göndərilmiş elçilərdənsən, doğru yoldasan." (Yasin, 1-4).
İzah: İslam peyğəmbərinin (s) məsum olmasını göstərən ayələrdən biri də “Yasin” surəsinin 4-cü ayəsidir. Allah bu ayədə – Qurana and içdikdən sonra – o həzrəti (s) öz elçisi adlandırmış və ona müraciətlə buyurmuşdur: “Sən doğru yoldasan”. Doğru yol dedikdə haqq din, (müxtəlif dərəcə və mərtəbələri olan) doğru ibadət və bəndəlik yolu nəzərdə tutulur. Odur ki, o həzrətin (s) bütün zamanlarda doğru yolda olması onun məsum olmasını göstərir.
Hədis: İmam Sadiq (ə): “Peyğəmbər (s) heç bir günah etmədi və günah fikrinə də düşmədi.” (Təfsiri-Qumi, c. 2, səh. 314).