Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Dekabr 2018

Həzrət Əlinin (ə) fəziləti (Dabbətul-ərz ayəsi)

Ayədə Allah camaatın hamısını yox, məhz bir dəstəsini qaytarmaqdan xəbər verir
وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ

"O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir canlı çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onları (hərəkətdən) saxlayarıq (ki, digər qruplar da da onlara qatılsınlar)." (Nəml, 82-83).

İzah: “Rəcət” şiə məzhəbinin danılmaz həqiqətlərindəndir və ona inam bu məzhəbin zərurətlərindən hesab olunur. “Rəcət” o deməkdir ki, Allah Qiyamətə yaxın bir zamanda bir qrup xalis möminləri və çox inadkar, təkəbbürlü insanları bu dünyaya qaytaracaq. Əməlisalehlərin dövlətini quracaq və zalımlardan elə bu dünyada qisas alacaq. “Nəml” surəsinin 83-cü ayəsi “Rəcət” haqqında Quranda keçən dəlillərdən biridir. Çünki bu ayədə Allah camaatın hamısını yox, məhz bir dəstəsini qaytarmaqdan xəbər verir. “Rəcət” zamanı geri dönən imamlardan (ə) biri həzrət Əli (ə) olacaqdır ki, 82-ci ayədə “Dabbətul-ərz” olaraq yad edilir.

Hədis: İmam Əli (ə): “Mən Cənnət və Cəhənnəmi bölən, ... və yer üzündə camaatla danışan canlıyam (Yuxarıdakı ayəyə işarə olunur).” (Kafi, c. 1, səh. 98, hədis: 3).


5396 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP