28 Yanvar 2019
Həzrət Zəhranın (ə) fəziləti
Düşmənlər Peyğəmbərin (s) oğlu olmamasına çox sevinir və bunu ona irad tuturdular
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ
"Həqiqətən, Biz sənə çoxlu xeyir (Fatimədən (ə) gələn soyuna bərəkət) bəxş etdik. Sən də (bunun şükrü olaraq) Rəbbin üçün namaz qıl və dəvə qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur (bütün xeyir-bərəkətdən məhrumdur)." (Kovsər surəsi).
İzah: Müştərək şəkildə Əhli-beytin (ə) və ya beş əba əhlinin (ə) fəzilətini göstərən ayələrdən əlavə bir sıra ayələr, xüsusilə həzrət Zəhranın (ə) mənəvi məqamına və fəzilətinə dəlalət edir. Bu ayələrin arasında “Kovsər” surəsinin xüsusi yeri var. Düşmənlər Peyğəmbərin (s) oğlu olmamasına çox sevinir və bunu ona irad tuturdular. Allah həzrət Zəhranın (ə) bərəkətli vücudunu ona bəxş etdi və onun nəslini tarixin ən davamlı soyu etdi. Bu surədə o həzrət (ə) “Kovsər” – bol bərəkət – olaraq yad edilmişdir.
Hədis: İslam peyğəmbəri (s): “Fatimə mənim canımın bir parçasıdır. Onu sevindirən məni sevindirmiş, onu incidən məni incitmişdir. Fatimə mənə ən əziz adamdır.” (Əmali, Mufid, səh. 260, hədis: 2).