09 Yanvar 2020
XXI əsrdə hələ də şəhadəti mövhümat sayan xəstə zehniyyət var
![](/Media/images/Upload/Articles/5e16c905a13f1.jpg)
Sonra deyir: “Bu adam İslam cihadına getməyib. İran İslam Respublikasının maraqlarını həyata keçirərkən öldürülüb. Bunun İslama nə dəxli var? Bu şəxs İran dövləti üçün şəhid sayıla bilər, bizə aidiyyatı yoxdur.”
Bəli, bu da bir keçmiş MTN-şikin xəstə təfəkkürüdür. Adam İranı islam Respublikası sayır, deyir general İranın maraqlarını həyata keçirib. Anlamır ki, bundan belə çıxır ki, general İslam üçün vuruşub. Üstəlik deyir ki, o, İranın şəhididir. Bu qədər dindar, sağlam təfəkkürlü insanlar car çəkib belələrinə başa sala bilmir ki, şəhidin hüdudları, dövləti, milləti olmur. Şəhid bütün İslamın şəhididir.
Bir məsələ də çox mühümdür. Deməli, adam Qasim Süleymanini İran şəhidi adlandırır. Amma deyir ki, o, İslam üçün getməyib. İslam üçün getməyibsə deməli o şəhid də sayılmamalıdır. Yəni bu adam əslində heç şəhidin nə olduğunu anlamır. Qasim Süleymani isə öz müctəhidinin, rəhbərinin əmriylə orduda fəaliyyətlər göstərib. Lap deyək ki, öz dövləti üçün çalışıb, məgər bu, az şeydir. Siz nə etmisiniz dövlət üçün, Qarabağ üçün? Özü də şəhid general hərbi meydanda ön cəbhədə camaat namazları qılan, ərbəin saxlayan, Əyyami Fatimiyyə saxlayan insan olub. Quran oxuyan, ziyarətnamə oxuyan, oruc tutan, məzlumun fəryadına çatan bir Allah bəndəsi əgər İslam üçün şəhid olmayıbsa onda İlham İsmayıl İslam deyərkən nəyi nəzərdə tutur? Halbuki biz İlham İsmayılın indiyədək bir dəfə namaz qıldığını görməmişik. Görəsən bu adam İslam, İslam cihadı deyərkən nəyi nəzərdə tutur? Olmaya o “islam” deyərkən İŞİD “İslamını” nəzərdə tutur? Bu cür İŞİD təfəkkürlü insanlar görünür XXI əsrdə belə nə İslamdan, nə şəhiddən, nə də İslam cihadından heç nə başa düşməyib.
O da məlumdur ki, belə keçmiş MTN-şiklərə ABŞ nəhəngliyi önündə cılızlıqlarını etiraf edirlər və böyük şeytandan qorxmayan qeyrətli, vətənpərvər insanları da paxıllıqdan ləkələmək istəyirlər.