25 Fevral 2020

Müharibə başlasa bir-birimizə necə atmağı düşənəcəyik

Karonavirus barədə Azərbaycan mətbuatı yazır ki, indidən apteklərdə maska tapılmır. Qiymətlər də təbii ki, suni şəkildə artırılıb. Çox qəribədir ki, bir balaca şayiə yayılan kimi artıq insaf və vicdandan uzaq insanlar öz mallarını süni şəkildə artırırlar. Bu da türk hesab edilən Azərbaycanda “türkün türkdən başqa dostu yoxdur” deyənlərin türkçülüyü?

Bizdə yaxşı ki, müharibə başlamayıb. Hərdən höküməti qınayıb deyirik ki, niyə müharibə başlamır. Allahın bizə rəhmi gəlib ki, müharibə başlamayıb. Başlasa, bir-birimizə orda da necə atmaq, aldatmaq barədə düşünəcəyik.

Artıq camaatı elə günə qoyublar ki, səhər evdən çıxan necə və kimi harda aldadım barədə düşünür.
Bir vaxtlar ölkəmizə gələn ərəb turistlərini də belə aldadırdılar. Onlara qəlyan, tütün və dükan məhsullarını neçə qat baha qiymətə satırdılar. Onlar da gedib öz ölkələrində Azərbaycanlıların “dürüstlüyündən” danışırdılar.

Maraqlısı budur ki, adətən bir xalqa günahları ucbatından bəla gəlir, bizim xalqı nə günə qoyublar ki, bəla gələndə də günah etməklə məşğuldurlar. Əlbəttə əgər saytın verdiyi məlumata görə, xəstəlik qorxusuyla maskalar bitibsə, bu bir yana, apteklər süni bahalaşma ediblərsə vay olsun belə insanların halına.


2860 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP